Icma.az
close
up
RU
Paris sazişinin 6.4cü maddəsinin Bakıda razılaşdırılması ölkəmizin qlobal miqyasda ekoloji problemlərin həllinə mühüm töhfəsinin bariz nümunəsidir ŞƏRH AZƏRTAC

Paris sazişinin 6.4cü maddəsinin Bakıda razılaşdırılması ölkəmizin qlobal miqyasda ekoloji problemlərin həllinə mühüm töhfəsinin bariz nümunəsidir ŞƏRH AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 noyabr, AZƏRTAC

Bakıda bir neçə gündür davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qlobal əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir və tədbirin ilk günündə Paris Sazişinin 6.4-cü Maddəsi ilə bağlı artıq müsbət nəticələr əldə olunub. Paris Sazişinin imzalandığı 2015-ci ildən keçən dövr ərzində yekdil qərar qəbul edilməsi mümkün olmayan bu məsələnin məhz Bakı görüşündə razılaşdırılması ölkəmizin qlobal miqyasda ekoloji problemlərin həllinə mühüm töhfə verməsinin bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov səsləndirib.

Onun sözlərinə görə, 6-cı maddə Paris Sazişi arxitekturasının vacib tərkib hissəsidir və bu müddəanın tam şəkildə həyata keçirilməsi, iqlim dəyişmələrinin təsirlərini yumşaldılması və adaptasiya tədbirlərinə imkan verməklə yanaşı, maliyyə və texniki resursları inkişaf etməkdə olan ölkələrə yönləndirmək üçün əhəmiyyətli bir addım hesab edilir: “Bu maddənin tam şəkildə işlək vəziyyətə gətirilməsi COP29 Sədrliyinin əsas prioritetlərindədir. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq. Heç şübhəsiz, atmosferə karbon emissiyasında əsas paya sahib olan ABŞ və Avropa İttifaqının inkişaf etmiş ölkələrinin bu prosesdə yaxından iştirak etməsi zəruridir. Zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə onilliklər boyu ucuz işçi qüvvəsindən və yerli təbii resurslardan istifadə etməklə əldə olunan gəlirlərin böyük qisminə sahiblənən bu dövlətlər planetimizin üzləşdiyi ciddi iqlim problemlərinin həllinə biganə yanaşmamalı və bu prosesdə lazımi addımlar atmalıdır”.

Milli Məclisin deputatı bildirib ki, iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırması üçün COP29-da maliyyə məsələləri əsas müzakirə mövzusu olacaq və artıq bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunması, bir sıra dövlətlərin və nüfuzlu maliyyə institutlarının maliyyə vəsaitləri ayıracaqlarını bəyan etməsi COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunmasına ümidləri artırır.

Zaur Şükürov qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal əhəmiyyətli qərarların qəbul olunması prosesində mühüm rolunu bir daha sübut edir: “Prezident İlham Əliyevin noyabrın 12-də COP 29-un Liderlər Sammitinin açılış mərasimində və noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışlarında səsləndirdiyi qlobal əhəmiyyətli fikir və tezislər, o cümlədən Azərbaycanın Yaşıl gündəliyi haqqında planları onu deməyə əsas verir ki, ölkəmiz bu gün dünyanı düşündürən və planetimizin gələcəyini təhlükə altına alan iqlim dəyişikliyi və ekoloji problemlərin həllinə töhfə verməyi hədəfləyən nüfuzlu və etibarlı dövlət olaraq çıxış edir.

Dövlətimizin başçısının Liderlər Sammitində çıxışı zamanı qeyd etdiyi kimi, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etməyimiz Azərbaycana olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir.

Milli Məclisin deputatı deyib ki, Azərbaycan yaşıl enerjinin istehsalı ilə bağlı iddialı layihələrə start verib və bu planlar son nəticədə planetin ekoloji vəziyyətinin sağlmalaşdırılmasına töhfə verəcək: “Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see155

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see132

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see115

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see114

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see114

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see114

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri