Paris silkələndi : Prezident sarayında axtarış aparıldı
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Fransada ciddi rezonans doğuran hadisə baş verib – hüquq-mühafizə orqanlarının əməkdaşları prezident administrasiyasında axtarış həyata keçirib.
Turkustan.az xəbər verir ki, bu barədə Le Canard enchaîné nəşri məlumat yayıb.
Məlumata görə, müstəntiqləri əsasən “panteonlaşdırma” mərasimlərinə çəkilən xərclər maraqlandırır. Bildirilir ki, hər belə tədbir dövlət büdcəsinə təxminən 2 milyon avroya başa gəlir.
Araşdırma çərçivəsində Shortcut Events şirkətinin fəaliyyəti də yoxlanılır. İstintaq zamanı şirkətin Centre des monuments nationaux, Fransa Mədəniyyət Nazirliyi və Elysée Palace tərəfindən dəstəklənib-dəstəklənmədiyi araşdırılır.
Qeyd edək ki, panteonlaşdırma – ölkənin görkəmli şəxslərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların Panthéonda dəfn olunması və ya rəmzi şəkildə yad edilməsi mərasimidir. /musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 15 Aprel 2026 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















