Parisdə “Duo Avey” musiqi qrupuna böyük maraq
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Fransanın paytaxtı Parisdə azərbaycanlı musiqiçilərin yaratdığı “Duo Avey” qrupuna həsr olunan musiqi gecəsi keçirilib.
“Temple Montparnasse Plaisance” konsert zalında baş tutan gecədə fransız violonçel ifaçısı Laure Volpato qonaq solist qismində çıxış edib.
Fransız, alman və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı böyük rəğbətlə və hərarətli alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Duo Avey” 2024-cü ildə Fransada təhsil alan soydaşlarımız Eldəniz Ələkbərzadə və Ağarəhim Quliyev tərəfindən yaradılıb. Eldəniz Ələkbərzadə və Ağarəhim Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən Natəvan həftəsonu məktəbinin musiqi müəllimidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 24 May 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















