Icma.az
close
up
RU
Parisdə ovlanan “cadugər” niyə İstanbulda axtarılır?..

Parisdə ovlanan “cadugər” niyə İstanbulda axtarılır?..

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

“Fransa demokratiyasının edamı”. Qərb yarımkürəsində Le Penin həbsi üzərindən daş sükutu ilə keçsələr də, dünyada Makronun əsas rəqibinin “qandallanmasına” belə yanaşmalar da var. Marin Le Penin lideri olduğu Milli Birlik Partiyası (FN) isə bu addımı “cadugər ovu” adlandırır. Haqlı mövqedir, çünki Le Penin həbsi Fransanın “gələcək prezidentinin” oyundan kənaralaşdırılması cəhdidir.

Hər şey Fransada keçirilən rəy sorğularının nəticələrində ortaya çıxır.

2011-ci ildə Milli Birlik Partiyasını atası Jan-Mari Le Pendən - yeri gəlmişkən, yanvarın 7-də 96 yaşında ölən ata Pen də FN-ə qarşı məhkəmə işində ittiham olunurdu - təhvil alanda Marin Le Penin reytinqi cəmi 10 faiz civarında qiymətləndirilirdi. 2024-cü ildə o, reytinq barometrində 40 faizlə rəqiblərini üstələmişdi. Makron təkcə fərdi reytinqdə yox, həm də partiya mübarizəsində Le Penin qarşısında məğlub vəziyyətə düşüb. Milli Assambleyada 126 deputatla təmsil olunan FN Makronun “Respublika uğrunda” partiyasını 30 mandatla geridə qoyur.

2027-ci ildə keçiriləcək prezident seçkilərində Makron və partiyasının siyasi olimpə əlvida deyəcəyi aydın görünürdü. Mövcud hakimiyyətin Fransaya bəxş etdiyi sosial-iqtisadi kataklizmlər fonunda millətçi cəbhənin yüksəlişə keçidi qaçılmaz perspektivə çevrilib: Le Pen və partiyasının artan reytinqi də bu faktı təsdiq edir.

Geosiyasi konyuktura da Le Pen və lideri olduğu FN-in Fransanın gələcək idarəçisi olmasının önünü açır, xüsusilə Trampın Ağ Evə dönüşü fonunda.

Bu tablo Le Penə qarşı çıxarılan hökmün siyasi olduğuna əminlik yaradır. Artıq sirr deyil ki, bu, Makronun 2027-ci il seçkilərinin nəticələrini iki il öncədən müəyyən etmək, partiyasını iqtidarda saxlamaq üçün qeyri-demokratik yollara əl atmaq cəhdidir.

Məhkəmə Le Penə 4 il həbs cəzası versə də, yekun qərarda həbs müddəti iki il ev dustaqlığı ilə əvəz edildi. Elektron qolbaq taxmağa məcbur olacaq Le Pen 100 min avro, partiyası isə 2 milyon avro cərimə ödəyəcək. Və ən əsası onun önümüzdəki 5 il ərzində dövlət vəzifəsini tutması qadağan edilib: iki il sonra baş tutacaq prezident seçkilərində iştirak edə bilməyəcək.

Avropa tarixinin üç əsrini – XV-XVIII - əsir etmiş cavugər ovu bu gün reinkarnasiya yaşayır. Le Penin həbsinə yalnız bu pəncərədən qiymət vermək mümkündür. Və əsrlik yanaşma heç də dəyişməyib: üç əsr öncə yeniliyə qarşı aparılan “cadugər ovu” susqunluqla qarşılandığı kimi, bu gün onun Le Penin timsalında Fransada yenilik-dəyişiklik perspektivinə qarşı yenidən doğuluşuna da heç bir reaksiya verilmir. Dünyanın müxtəlif coğrafiyalarında demokratiya və seçki hüququ “ixracı” üzrə ixtisaslaşmış institutlar, təşkilatlar, ölkələr Avropanın “göbəyi”ndə demokratik seçki hüququnun pozulmasını görməzdən gəlir. Klassik yanaşmadır və o qədər də təəccüblü deyil.

Təəccüblü olan Le Penin həbsinə və seçki hüququnun əlindən alınmasına səssiz qalan Qərbin eyni vaxtda İBB başqanı Əkrəm İmamoğlunun həbsini akustik bağırışlarla qarşılaması, Türkiyəni demokratiya və insan haqlarını pozmaqda ittiham etməsidir.

“İmamoğlu Ərdoğanın əsas rəqibi olduğu üçün həbs edilib” qiymətləndirməsini aparan Avropa “Le Pen Makronun rəqibi olduğu üçün həbs edilib” cümləsini siyasi lüğətdən uzaq tutur. Halbuki Le Pen və İmamoğlu arasında paralellik apardıqda birincinin məhz “əsas rəqib” kimi sıradan çıxarıldığı və buna görə müdafiə olunmaq haqqının daha çox olduğu aydın görünür.

Le Pen FN-in lideri kimi seçkilərdə hakim partiya qarşısında legitim rəqib olub. 2017 və 2022-ci il prezident seçkilərinin ikinci tura qalmasını təmin edib və 2027-ci ildə makronçuları “taxtından endirmək” potensialına sahib olan yeganə siyasətçi kimi dəyərləndirilir. İmamoğlu təmsil olunduğu ana müxalifət partiyasının – CHP-nin sədri deyil, siyasi mübarizədə ən böyük nəticəsi bələdiyyə seçkilərində qalib gəlmək olub. Prezident seçkilərində “Ərdoğanın əsas rəqibi” təbliğatı aparılsa da, legitim rəqib deyil. Növbəti seçkilərdə CHP-nin mümkün namizədləri arasında adı hallansa da, Mənsur Yavaş qarşısında imkanları azdır, eyni zamanda, son bələdiyyə seçkilərində partiyanın reytinqini yüksəldən sədr Özgür Özəlin potensialı qarşısında da zəif görünürdü. İmamoğlunun “namizəd kampaniyası”na start verməsi də onun CHP-də gözlənilən “praymeriz”in nəticələrinə müdaxilə etmək və digər namizədlərdən önə çıxmaq cəhdi idi. Məhz həbsi onun CHP-nin namizədi olmasına yardım etdi!

Le Pen seçki kampaniyasında “gizli maliyyələşmədə” təqsirli bilinib, onun günahı “Avropa Parlamentindən birbaşa maliyyələşmə vasitəsilə partiya vəsaitlərinə qənaət etmək”dir, yəni “qrant” kimi alınan vəsaitləri kampaniyada xərcləyib, bununla da partiyasını “əlavə xərc”dən xilas edib. Fransa siyasətində belə hallar dəfələrlə yaşanıb, misal üçün, Sarkozi seçki kampaniyası aparmaq üçün Qəzzafidən belə pul alıb, hazırki Prezident Makronun da seçki kampaniyasında “qeyri-legitim mənbələrdən” yararlandığına dair məlumatlar var. Le Pen onların yanında daha məsum görünür, Makron hakimiyyəti isə onu “korrupsiya”da ittiham edir. İmamoğlu da korrupsiyada ittiham edilir, hərçənd, Le Penlə müqayisədə onun “mənimsəmə” imkanları daha geniş olub:

Türkiyə iqtisadiyyatında əsas pay sahibi olan İstanbula rəhbərlik edib;

İstanbul bələdiyyəsinin 2025-ci il büdcəsi 564 milyard lirə olub: bu, 14 milyard dollara yaxın vəsait deməkdir;

İmamoğlunun faktiki rəhbərlik etdiyi, rəsmi “ortaq” olduğu şirkətlər var və İstanbul bələdiyyəsinin tenderlərində bu şirkətlərin qalib gəlməsi məlumatları şübhəli məqamlardandır.

Təbii ki, İmamoğlu ilə bağlı qərarı məhkəmə verəcək, lakin bu kimi faktlar onun büdcə vəsaitlərini mənimsəmə imkanlarının kifayət qədər olduğunu deməyə əsas verir. Le Pen isə cəmi 1,7 milyon avro büdcəsi olan, 2 milyon avroluq cəriməni ödəməyə pulu çatmayan bir partiyanın lideridir. Le Penin “korrupsiya” ittihamı ilə həbsini səssiz alqışlayan Avropanın İmamoğluaa görə Türkiyəni ittiham etməsi Parisdə ovlanan “cadugərin” İstanbulda axtarılmasından başqa bir şey deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Aprel 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri