Icma.az
close
up
RU
Deputat: Elə edək ki, fermer məhsulunu itirəndə, evini də itirmək qorxusu yaşamasın

Deputat: Elə edək ki, fermer məhsulunu itirəndə, evini də itirmək qorxusu yaşamasın

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Məhsul sertifikatı Qanun layihəsini müsbət qiymətləndirirəm.

Fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi yaxşı təşəbbüsdür. Ancaq mən bu qanunun yaradacağı imkanlardan daha çox, onun doğura biləcəyi risklərə və onların həlli yollarına diqqət çəkmək istəyirəm.

Təsəvvür edin, fermer gələcək məhsulu hesabına vəsait əldə edir, öhdəlik götürür. Amma sabah nə baş verəcəyini bilmir.

Birdən su verilmədi? Birdən çəyirtkə sürüsü gəlib məhsulu məhv etdi? Yaxud kimsə qəsdən sahəni yandırdı? Fermer məhsulu təhvil verə bilmədi. Bəs onda nə olacaq?

Burada çox ciddi bir sual yaranır: fermer öz öhdəliyinə görə məsuliyyət daşıyır, bəs dövlət öz üzərinə düşən vəzifələri yerinə yetirməyəndə məsuliyyəti kim daşıyacaq? Məsələn, fermerə vaxtında su verilməyibsə, onun bütün məhsulu məhv olubsa, niyə bütün maliyyə yükü yalnız fermerin üzərində qalmalıdır?”

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. 

R.Nurullayev qeyd edib ki, qanunun 7-ci maddəsində sığorta könüllüdür. Açıq danışaq, onsuz da maddi çətinlik çəkən fermerlərin bir hissəsi əlavə sığorta xərcindən yayınacaq:

“Nəticədə fermer həm məhsulunu itirə, həm də borclu vəziyyətə düşə bilər. Mən burada ciddi maarifləndirmə mexanizminin yaradılmasını təklif edirəm. "Məhsul şəhadətnaməsi" buraxmaq istəyən hər bir fermer üçün bir günlük məcburi məlumatlandırma seminarı təşkil olunsun. Ona sadə dildə izah edilsin ki, hansı hüquqları var, hansı öhdəlikləri götürür, məhsul məhv olarsa nə baş verəcək, hansı hallarda əmlakı və gəlirləri risk altına düşə bilər.

Seminar pulsuz olsun və dövlət tərəfindən təşkil edilsin. Çünki indidən hiss edirəm ki, bu mexanizm düzgün izah edilməsə, yeddi-səkkiz aydan sonra qapımızı döyən şikayətçilərin sayı artacaq. Biz vətəndaşa əvvəlcə imza atdırıb, sonra onun nəyi imzaladığını izah etməməliyik. İkinci məsələ məhsul şəhadətnaməsinin mülkiyyətçilərinin hüquqlarıdır.

Onlar da öz vəsaitlərini riskə qoyurlar. Fermer öhdəliyini yerinə yetirmədikdə həmin şəxslər pullarını və ya məhsullarını necə geri alacaqlar?”

R.Nurullayev əlavə edib ki, Qanunda öhdəliklərin icrası ilə bağlı mexanizmlər nəzərdə tutulur. Ancaq onların praktik tətbiqi ciddi suallar doğurur:

“Onsuz da ölkədə icrası uzanan çoxsaylı məhkəmə qərarları var. İndi yeni bir mübahisə kateqoriyası yaradırıq.

İcra məmuru məhsulu olmayan fermerdən nəyi alacaq? Olmayan məhsulu necə təhvil verəcək?

Digər tərəfdən, mülkiyyətçinin hüquqlarını qorumaq adı ilə fermerin əmlakına müdaxilə ediləcəksə, bunun qanuni əsasları və məhkəmə nəzarəti aydın müəyyənləşdirilməlidir.

Mən təklif edirəm ki, öhdəliklərin icrası, mübahisələrin həlli və tərəflərin məsuliyyəti ilə bağlı müddəalar daha dəqiq və anlaşıqlı yazılsın.

Biz fermerə yeni maliyyə imkanı yaradırıqsa, onu yeni hüquqi problemlərin qarşısında tək qoymamalıyıq.

Eyni zamanda, bu şəhadətnaməni əldə edən şəxsin də hüquqlarını real şəkildə qorumalıyıq.

Elə qanun qəbul etməliyik ki, fermer məhsulunu itirəndə evini də itirmək qorxusu yaşamasın, investor isə pulunu qoyanda illərlə məhkəmə qapılarında qalmasın”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Oktyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri