Icma.az
close
up
RU
Parisdən Silopiyə köç: “Bu kəndi qurmağı özümə missiya bildim”

Parisdən Silopiyə köç: “Bu kəndi qurmağı özümə missiya bildim”

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Silopidə Cudi dağının ətəklərində yerləşən və 1990-cı illərdə təhlükəsizlik səbəbilə boşaldılan Aksu kəndinin illər əvvəl Avropaya köç edən sakinləri, doğma kəndlərinə geri dönürlər. 

Sherg.az xəbər verir ki, Petrus Karatayın qəti dönüş qərarından sonra daha yeddi ailə də kəndə qayıdıb. Parisi tərk edərək Cudi dağının ətəklərinə yerləşən Karatay, “Yüksək yaşam standartlarına sahib bir kənd inşa etmək istəyirik,” deyə bildirib.

Avropada yaşayan Keldanilərin 1990-cı illərdə tərk etdiyi, Şırnakın Silopi rayonuna bağlı, Cudi dağının ətəklərində yerləşən Aksu kəndinə bölgədə təmin edilən sabitliklə birlikdə geri dönüşlər sürətlənib.

Keldanilərin (Katolik Süryanilər) yaşadığı bu kənd təhlükəsizlik səbəbilə təxminən 35 il əvvəl boşaldıldıqda, sakinlər Türkiyənin müxtəlif bölgələrinə və Avropa ölkələrinə köç ediblər.


ƏVVƏLCƏ İSTANBULA, SONRA PARİSƏ GEDİB

Kəndin köç edən sakinlərindən 70 yaşlı Petrus Karatay əvvəlcə İstanbula, daha sonra isə Fransaya gedib.

Fransada yeni bir həyat qursa da, altı uşaq atası olan Karatay doğulub böyüdüyü torpaqlara hər zaman həsrət duyub.

Bölgədə yaranan sabitlik mühitindən sonra Daxili İşlər Nazirliyi tərəfindən başlatılan “Kəndə Qayıdış və Reabilitasiya Proqramı” çərçivəsində 2009-cu ildə geri dönüş üçün müraciət edib və 2011-ci ildə kəndə qayıdıb.

Hazırkı kəndin təxminən bir kilometr uzaqlığında yerləşən yeni yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayacağı üçmərtəbəli ev tikdirib, kəndə və ətrafına təqribən 7 min ting əkib, yol, su və elektrik xidmətlərinin gətirilməsi üçün də fəaliyyət göstərib.


YEDDİ AİLƏ QAYITDI, BEŞİ QAYITMAĞA HAZIRLAŞIR

Karatay bu təşəbbüsü ilə Avropada yaşayan digər Keldanilərin də kəndə dönüşünə öncülük edib.

Bu səbəblə yeddi ailə kəndə qayıdaraq ev inşası üçün işə başlayıb, beş ailə isə qayıtmaq qərarı verib.


“YÜKSƏK YAŞAM STANDARTLI KƏND İNŞAA ETMƏK İSTƏYİRİK”


Zor keçidli yollar və tunellərdən sonra çatılan bu kənddə Karatay, Cudi dağının ətəyində yerləşən kəndin qurulma mərhələsində olduğunu, yol, su və elektrik bağlantısı ilə yanaşı, kəndin yaşıllaşdırılması üçün də böyük səylər göstərdiyini deyib.

Avropada gördüklərini kəndə daşımaq istədiyini bildirən Karatay:

“Yüksək yaşam standartlı bir kənd qurmaq istəyirik. Bu məqsədlə 2009-cu ildən bəri çox çalışıram. Evimi tikdim, yolları, suyu gətirdim, ətrafı abadlaşdırdım. Bu kəndi qurmağı özümə missiya bildim,” – deyib.

Bu müddətdə kənddə 7 min ting əkdiyini, bunların içində təxminən 4 min fıstıq, 1000 qoz, 700 zeytun, 900 üzüm, 150 badam, həmçinin ərik və əncir ağacları olduğunu bildirib. Kənddə arıxanasının da olduğunu vurğulayıb.

Karatay əlavə edib ki, özlərinə yetəcək qədər meyvə-tərəvəz yetişdirirlər və kəndin havası, suyu olduqca gözəldir.


“KƏND HƏYATINI SEÇDİM”


Yanvar, fevral və mart ayları istisna olmaqla, ilin 9 ayını kənddə keçirdiyini deyən Karatay:

“Yaşım artdığı üçün artıq işləyə bilmirəm, amma işçi çalışdırıram. Yayda çoxlu qonaq gəlir. Ziyarətçilər kəndimizi çox bəyənirlər,” – deyib.

“Istanbulda da, Parisdə də yaşadım, amma kənd həyatını seçdim,” – deyə bildirən Karatay, bu kəndi yaşatmaq üçün əlindən gələni edəcəyini söyləyib.

Kənddə bir kilsə inşa etməyi planlaşdırdıqlarını, yerli geyimlərdə istifadə olunan şal şepik parçasının da istehsal ediləcəyi bir atelye quracaqlarını deyib.

Əvvəllər kəndlərində bu parçanın istehsal olunduğunu bildirən Karatay, bu mədəniyyəti yenidən yaşatmaq istədiklərini qeyd edib.

Karatay, kənddə arıçılıq, heyvandarlıq və əkinçilik üçün də imkanların olduğunu vurğulayaraq belə deyib:

“Kəndi tam olaraq qurum, sonra rahat olum, muradıma çatım və elə də dünyadan köçüm. Qərarımı verdim, ömrümü burada başa vuracağam. Bacardığım qədər imkan yaradacağam ki, insanlar bura gəlsin.”


Cudi dağının artıq bir yaşam sahəsi olduğunu bildirən Karatay, kənddə sitrus meyvələri xaricində demək olar ki, bütün meyvələrin yetişdiyini qeyd edib.

“Əlimdən gəlsə, Cudinin zirvəsinə qədər meyvə ağacı əkərəm. Bu torpaqlara meyvə tingi əkməyə davam edəcəyəm,” – deyə vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Aprel 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri