Icma.az
close
up
RU
“Tofiq Bəhramov haqqında kitab yazmağı özümə borc bildim”

“Tofiq Bəhramov haqqında kitab yazmağı özümə borc bildim”

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TOFİQ BƏHRAMOV - 100

Bu yaxınlarda Şuşa Uşaq Gənclər İdman - Şahmat Məktəbinin direktoru Əbülqasım Novruzovun yeni kitabı işıq üzü görüb. Kitab XX əsrdə yaşamış məşhur şuşalı, futbol üzrə beynəlxalq dərəcəli hakim Tofiq Bəhramova ithaf olunub. “Şuşalı laynsman Tofiq Bəhramov” adlı kitabda Azərbaycanın futbol tarixindən, keçmiş SSRİ-də və beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında layiqincə hakimlik etmiş və DÇ-1966-nın finalında İngiltərə kraliçası tərəfindən “Qızıl fit” və “Qızıl İlahə”nin kiçik model mükafatını almış Tofiq Bəhramov haqqında maraqlı məlumatlar yer alıb.

Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

Qeyd edək ki, bu müəllifin işıq üzü görmüş sayca altıncı kitabıdır. Buna qədər “Şuşanın idman tarixi və idmançıları”, “Şuşa futbolu”, “Şuşalı Qaçay pəhləvan”, “Şuşada voleybolu sevirdilər”, “Şuşalı güləşçilər” kitabları müxtəlif illərdə oxuculara təqdim edilib. 

Bu kitablar 2015, 2017 və 2019-cu illərdə ilin mükafatlarına layiq görülüb. 

Müəllif kitab haqqında fikirlərini “Olimpiya dünyası” qəzetinə bildirib. 

“Mən bir şuşalı kimi Şuşanın idman tarixindən bəhs edən kitabların müəllifiyəm. Müxtəlif illərdə bir sıra qəzet və jurnallarda Şuşa idmanı haqqında 120-ə yaxın məqaləm çapdan çıxıb. Bildiyiniz kimi, Tofiq Bəhramov da Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərinin “Çuxur” məhəlləsində anadan olub. Onun uşaqlıq illəri Şuşada keçib. Sonra o, atasının işləri ilə əlaqədar olaraq, əvvəlcə Ağdama, bir qədər vaxtdan sonra isə Bakıya köçməli olmuşdur. Mən də bir şuşalı kimi dünya şöhrətli futbol hakimi Tofiq Bəhramov haqqında kitab yazmağı özümə borc bildim.

Oxucular bu kitabda Tofiq Bəhramov haqqında xatirələr, Şuşanın Cıdır düzündən İngiltərənin “Uembli” stadionunadək olan çıxışlarından bəhs edən məlumatlar yer almışdır. Kitabda həmçinin onun həyat və yaradıcılığından, futbola olan böyük marağından və təsadüf nəticəsində futboldan hakimliyə keçməsi haqqında da məlumatlar əldə etmək olar. Tofiq Bəhramov yeganə azərbaycanlı futbol hakimidir ki, dünyanın 52 ölkəsində yaşıl meydanlarda hakimlik edib və bir dəfə də olsun heç bir futbolçuya qırmızı vərəqə göstərməyib. Eyni zamanda o, 2 dünya çempionatının final yarışlarında hakimlik edib”, - deyə kitabın müəllifi bildirib. 

Qeyd edək ki, Əbülqasım Novruzov müxtəlif illərdə “Azərbaycanın Bədən Tərbiyəçisi və İdman əlaçısı” döş nişanı, “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı və “Tərəqqi” medalı ilə təltif olunub.
 

Əbülqasım Novruzov,

Qızıl qələm" mükafatı laureatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Yanvar 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri