Icma.az
close
up
RU
Parisin Bakı ilə yaxınlașma meyli

Parisin Bakı ilə yaxınlașma meyli

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Son aylar Bakı ilə Paris arasında müşahidə olunan diplomatik təmaslar göstərir ki, uzun müddət çətin və gərgin görünən münasibətlərdə indi daha konstruktiv bir mərhələnin cizgiləri formalaşmağa başlayır. Proses hələ tam miqyaslı siyasi normallaşma kimi təqdim olunmasa da, artıq aydındır ki, tərəÀər dialoq imkanlarını genişləndirməyə və münasibətləri daha praqmatik müstəviyə keçirməyə çalışırlar.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Parisdə Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və fransalı həmkarlarla keçirdiyi görüş bu baxımdan xüsusi diqqət çəkir. Hikmət Hacıyevin açıqladığı kimi, bu təmas Prezident İlham Əliyevlə Prezident Emmanuel Makron arasında telefon danışığından sonra reallaşıb. Görüş zamanı ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq siyasətdə yüksək səviyyəli telefon danışığından sonra siyasi müşavirlər və diplomatik komandalar səviyyəsində keçirilən görüşlər adətən daha geniş niyyətin göstəricisi olur. Yəni ortada münasibətləri işlək vəziyyətdə saxlamaq və mümkün yaxınlaşma üçün zəmin yaratmaq istəyi var.

***

Son dövrdə Prezident İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında qısa təmaslar da eyni xəttin davamı kimi görünür. Beynəlxalq münasibətlərdə bəzən məhz belə qısa, lakin siyasi baxımdan yüklü kontaktlar gələcək proseslərin ilk anonsu olur. 

Prezident İlham Əliyevlə Prezident Emmanuel Makron arasında müxtəlif beynəlxalq platformalarda baş tutmuş təmasların siyasi çəkisi xüsusi diqqət tələb edir. Prezidentlərin Kopenhagendə görüşü isə bu siyasi xəttin daha da konkretləşdiyini nümayiş etdirdi. Kopenhagen görüşünün mahiyyəti xüsusilə diqqətəlayiq idi. Çünki burada Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Diplomatik dildə belə təbrik Azərbaycanın regional sülh prosesindəki rolunun tanınması, Bakının irəli sürdüyü siyasi xəttin artıq beynəlxalq aktorlar tərəfindən nəzərə alındığının nümayişidir. Prezident İlham Əliyevin bu təbrikə cavab olaraq Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması baxımından tarixi əhəmiyyət daşıdığını vurğulaması isə bir neçə mühüm siyasi mesaj daşıyırdı. Birincisi, Bakı göstərirdi ki, sülh gündəliyi artıq konkret nəticələr doğuran siyasi prosesə çevrilib. İkincisi, Azərbaycan bu gündəliyin müəlliflərindən və aparıcı hərəkətverici qüvvələrindən biri kimi çıxış etdiyini nümayiş etdirirdi. Üçüncüsü, Fransa ilə təmasda bu məqamın qabardılması Parisə dolayı şəkildə belə bir mesaj idi ki, regionda yeni reallıq formalaşır və bu reallıqla işləmək istəyən hər bir aktor Azərbaycanın mövqeyini nəzərə almalıdır. 

Oktyabrın 6-da Praqada keçirilən Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidentinin Fransa Prezidenti ilə görüşü də həmin xəttin mühüm elementlərindən biri idi. Həmin dövr Cənubi Qafqazda postmünaqişə nizamının konturlarının müəyyənləşdiyi, Avropa aktorlarının regiona marağının artdığı və Azərbaycan–Ermənistan normallaşma prosesinin beynəlxalq diplomatiyanın əsas mövzularından birinə çevrildiyi bir mərhələ idi. Belə bir vaxtda İlham Əliyevlə Emmanuel Makronun bir araya gəlməsi Fransanın regionda baş verən proseslərdən kənarda qalmaq istəmədiyini, Azərbaycanın isə Avropa siyasi məkanında öz mövqeyini birbaşa dialoq yolu ilə ifadə etməyə üstünlük verdiyini göstərirdi. 

Qısa təmasların başqa bir mühüm kulminasiya nöqtəsi 2025-ci ilin oktyabrında Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində müşahidə olundu. Burada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında ayaqüstü görüş baş tutdu. Əslində, həmin kadrın siyasi simvolizmi olduqca güclü idi. Çünki bu təmas daha geniş regional diplomatik kompozisiya baxımından mühüm məna daşıyırdı.

Şarm əl-Şeyxdəki ayaqüstü görüş üç mühüm aktoru eyni çərçivədə birləşdirirdi: Cənubi Qafqazda açar rol oynayan Azərbaycanı, regionlararası geosiyasi təsir mərkəzi olan Türkiyəni və Avropa siyasətində mühüm çəkisi olan Fransanı. Fransa da artıq anlayırdı ki, nə Cənubi Qafqazı, nə də daha geniş Avrasiya–Yaxın Şərq kəsişməsindəki prosesləri Azərbaycan və Türkiyə amilini nəzərə almadan düzgün oxumaq mümkündür. Bütün bu görüşlərin ortaq cəhəti ondan ibarətdir ki, onlar siyasi məzmun etibarilə olduqca yüklüdür. Praqa təması Avropa platformasında siyasi dialoqun başlanğıc işarələrindən biri kimi çıxış etdi. Kopenhagen görüşü sülh gündəliyi fonunda Fransanın Azərbaycana münasibətində daha praqmatik tonun formalaşdığını göstərdi. Şarm əl-Şeyxdəki ayaqüstü görüş isə Bakı–Paris təmasının daha geniş regional və beynəlxalq kontekstdə davam etdiyini nümayiş etdirdi. 

Əslində, bu təmaslar bir neçə vacib həqiqəti üzə çıxarır. Birincisi, Bakı ilə Paris arasında siyasi dialoq tam dayanmayıb və dayanması da real görünmür. İkincisi, Fransa Azərbaycanı regionun əsas oyunçusu kimi qəbul etmədən Cənubi Qafqaz siyasətində e൵ektiv rol oynaya bilməyəcəyini getdikcə daha aydın anlayır. Üçüncüsü, Azərbaycan öz artan regional və beynəlxalq çəkisini ikitərəfli münasibətlərə təsir edən diplomatik kapitala çevirməyi bacarır. Dördüncüsü, iki ölkə arasındakı mövcud fikir ayrılıqlarına baxmayaraq, münasibətlərin tam qapanması əvəzinə işlək dialoq kanallarının qorunması xətti üstünlük qazanır. 

Ən başlıcası isə budur ki, bu qısa təmaslar gələcək üçün daha böyük siyasi nəticələrin infrastrukturunu yaradır. Tərəflər münasibətləri birdən-birə yeni strateji səviyyəyə qaldırmasalar da, onu gərginlikdən dialoqa, etimadsızlıqdan ehtiyatlı təmasa, məsafədən isə qarşılıqlı siyasi müşahidə və anlaşma mərhələsinə keçirməyə çalışırlar.

*** 

Azərbaycan–Fransa münasibətləri son illərdə kifayət qədər mürəkkəb mərhələdən keçib. Qarşılıqlı narazılıqlar, fərqli yanaşmalar və sərt siyasi bəyanatlar müəyyən soyuqluq yaradıb. Lakin beynəlxalq siyasətin dəyişməyən qaydası var: davamlı münasibətləri maraqlar müəyyən edir. Elə bu səbəbdən də bugünkü yaxınlaşma, ilk növbədə, siyasi realizmin nəticəsi kimi görünür. 

Fransa üçün Cənubi Qafqaz Avropa təhlükəsizliyi, enerji marşrutları və yeni geoiqtisadi əlaqələr baxımından önəmli bölgədir. Azərbaycan isə regionun əsas siyasi və iqtisadi aktorlarından biri kimi bu mənzərədə xüsusi yer tutur. Parisin Bakı ilə işlək münasibətlərə maraq göstərməsi bu baxımdan məntiqlidir. Eyni şəkildə Azərbaycan da Avropanın mühüm siyasi mərkəzlərindən biri ilə münasibətlərin daha sabit müstəvidə davam etməsinin faydasını görür. Burada əsas diqqətçəkən məqam münasibətlərin rasional zəmində hərəkət etməsidir. “Paris–Bakı istiləşməsi” qarşılıqlı maraqların diktə etdiyi siyasi uyğunlaşmadır. Tərəflər başa düşürlər ki, bir-birini görməzlikdən gəlmək nə regional siyasətə, nə də ikitərəfli əlaqələrə müsbət təsir göstərmir.

Bugünkü yaxınlaşmanı daha geniş kontekstdə dəyərləndirmək də vacibdir. Cənubi Qafqaz artıq enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, Avropa ilə Asiya arasında bağlantılar və postmünaqişə nizamının formalaşması baxımından mühüm geosiyasi platformaya çevrilib. Belə bir şəraitdə Azərbaycanla münasibətlər hər bir böyük Avropa ölkəsi üçün ayrıca əhəmiyyət daşıyır. Fransanın da bu reallığı daha aydın şəkildə nəzərə almağa başladığı görünür. Regionda təsirli olmaq istəyən istənilən aktor üçün Bakı ilə dialoq zəruridir. Azərbaycan isə, öz növbəsində, bu yeni reallıqda artan çəkisini diplomatik üstünlüyə çevirməyə çalışır. 

Əlbəttə, bu mərhələdə tam normallaşmadan və ya strateji yaxınlaşmadan danışmaq hələ tezdir. Münasibətlərdə etimadın tam bərpası zaman tələb edir. Lakin müşahidə olunan təmaslar onu göstərir ki, tərəflər münasibətləri qarşıdurma çərçivəsində saxlamaqda maraqlı deyillər. 

Son olaraq qeyd edək ki, hazırkı mərhələdə Bakı ilə Paris arasında münasibətlərin gələcəyi üçün ən düzgün ifadə bəlkə də budur: ehtiyatlı, amma ümidverici yaxınlaşma başlayıb. Mövcud yaxınlaşma bütövlükdə Cənubi Qafqazın yeni diplomatik mənzərəsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Şəbnəm ZEYNALOVA,

 XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Mart 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see438

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see398

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see392

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see307

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see295

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see293

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see292

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see278

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see269

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see264

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see263

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see234

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see232

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see228

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see214

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see205

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see200

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see192

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see184

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri