Parisin iki rayonunda oktyabrın 25 dək komendant saatı tətbiq edilib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Paris polisi şəhərin iki rayonunda oktyabrın 22-dən 25-dək komendant saatı tətbiq edib.
APA xəbər verir ki, bu barədə qurumun “X” hesabında yaydığı məlumatda bildirilir.
Qərara əsasən, Respublika meydanı və Le-Al məhəlləsində həm yetkinlik yaşına çatmış, həm də azyaşlı şəxslərin hər gün saat 23:00-dan səhər 06:00-dək küçələrdə olması qadağan edilib.
Xatırladaq ki, oktyabrın 17-də Fransada yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib.
Baxış sayı:166
Bu xəbər 22 Oktyabr 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















