Icma.az
close
up
RU
Parkda ər arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər

Parkda ər arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İki dost pabda yeyib-içdikdən sonra parkda oturan ər-arvadı döyüblər. Heç bir səbəb olmadan onlara yaxınlaşaraq, gecə vaxtı parkda oturmaqlarına irad bildiriblər. Əvvəlcə özlərini polis kimi təqdim ediblər.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilənlər 36 yaşlı Orxan və 30 yaşlı Rafiqdir.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər heç bir səbəb olmadan parkda əyləşən ər-arvad olan Günay və Röyala yaxınlaşaraq, gecə saatlarında orada olmalarına irad bildiriblər. Mübahisə zamanı qadını və ərini yumruq və təpiklə vuraraq, bədən xəsarətləri yetiriblər. Onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və həbs ediliblər.

Onlar "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı "Bermud Pub"da yeyib-içdikdən sonra səki ilə gedən zaman ər-arvadı görüblər.

Təqsirləndirilən Orxan ifadəsində deyib ki, həmin zaman Röyalın Günayı döydüyünü görüblər. Buna görə də müdaxilə ediblər.

"Dedim ki, küçədə bu hərəkəti etmək doğru deyil. Oğlan dedi ki, öz arvadıdır, özü bilər. Mən də dedim ki, arvadındırsa, evdə döy. Amma arvadı dedi ki, onu evdə də döydüyü üçün qaçıb. Onların ər-arvad olduqlarına inanmadıq. Röyal üstümüzə gəlib mübahisə etməyə başladı, əl-qol atdı. Sonra qadın qışqırmağa başladı. Mən qadını vurub qışqırmamasını istədim. Röyal Rafiqin üstünə hücum etdi. Rafiq də onu vurdu. Səs-küyə qonşular çıxdı. Biz oradan qaçdıq. Sonra bildik ki, polisə şikayət ediblər", - deyə Orxan ifadəsinsə bildirib.

Məhkəmədə dindirilən zaman Rafiq də Orxan kimi eyniməzmunlu ifadə verib.

Hər iki şəxs bildirib ki, əməllərindən peşmandırlar və zərərçəkmiş ər-arvadla barışıblar. Məhkəmədən onlara yüngül cəza verilməsini xahiş ediblər.

Zərərçəkmişlərin ifadələrindən isə hadisənin başqa təfərrüatları ortaya çıxıb.

Röyal deyib ki, həyat yoldaşı ilə parkda oturan zaman iki nəfər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim ediblər:

"Bizdən nikah şəhadətnaməsi istədilər. Günay gətirmək üçün evə getmək istədi. Amma Orxan buna imkan vermədi. Günayın sifətindən vurdu. Mən Günaya yaxınlaşmaq istəyəndə Rafiq də məni vurdu. Səs-küyə camaat gəldi. Bir qadın qışqıraraq hadisəni telefonla çəkdiyini dedi. Bunu eşidəndə onlar qaçdılar",- deyə zərərçəkmiş ifadəsində qeyd edib.

Məhkəmədə zərərçəkmiş ər-arvad təqsirləndirilən şəxsləri bağışladıqlarını deyiblər.

Məhkəmə hər iki şəxsin ilk dəfə cinayət əməli törətmələrini, zərərçəkmiş şəxslərlə barışdıqlarını nəzərə alaraq onlara yüngül cəza verib. Həbsdə olan hər iki şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Yanvar 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri