Icma.az
close
up
RU
Parkda istirahət edənləri qorxudan görüntülər: DİN dən AÇIQLAMA VİDEO

Parkda istirahət edənləri qorxudan görüntülər: DİN dən AÇIQLAMA VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıdakı Mərkəzi Park ərazisində ekstremal velosiped idmanı ilə məşğul olan bəzi şəxslərin davranışı ziyarətçilər üçün təhlükə yaradır. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, parkda istirahət edən bəzi vətəndaşlar, xüsusilə, uşaqlı ailələr ekstremal velosiped sürənlərin yaratdığı risklərdən narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, yüksək sürətlə və təhlükəsizlik qaydalarına əməl edilmədən edilən hərəkətlər həm idmançılar, həm də ətrafdakı insanlar üçün xəsarət riski yaradır. Müşahidələr zamanı bu idman növü ilə məşğul olan bəzi şəxslərin qoruyucu vasitələrdən, o cümlədən dəbilqədən istifadə etmədiyi də diqqət çəkib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, parklarda, küçələrdə və digər ictimai yerlərdə təhlükəsizlik qaydalarına əməl etmədən ekstremal idman növləri ilə məşğul olmaq yolverilməzdir.

"Qoruyucu vasitələrdən, xüsusilə də dəbilqədən istifadə edilməməsi yıxılma və ya toqquşma zamanı ağır xəsarətlərlə nəticələnə bilər. Polis əməkdaşları tərəfindən bu cür riskli davranışlara yol verən şəxslər müəyyən edilərək onlarla maarifləndirici və profilaktik söhbətlər aparılır. Xüsusilə, azyaşlıların dəbilqəsiz şəkildə ekstremal idman növləri ilə məşğul olduğunu nəzərə alaraq, valideynlərə övladlarının təhlükəsizliyinə həssas yanaşmaları və onların fəaliyyətinə daha ciddi nəzarət etmələri tövsiyə olunur. Bir daha ictimai yerlərdə ekstremal idman növləri ilə məşğul olan vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Bu qaydalara məsuliyyətlə yanaşmaq həm şəxsi sağlamlığın, həm də ictimai təhlükəsizliyin qorunmasına xidmət edir", - deyə DİN rəsmisi vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 İyun 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri