Icma.az
close
up
RU
Polis vətəndaşın avtomobilindəki yükü dağıdıb? DİN dən AÇIQLAMA VİDEO

Polis vətəndaşın avtomobilindəki yükü dağıdıb? DİN dən AÇIQLAMA VİDEO

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəmkirdə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşlarının vətəndaşın avtomobilindəki yükü dağıtması iddia olunub.

BAKU.WS xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Baş DYP-nin Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) Alayının 9-cu taqımının əməkdaşı barədə səsləndirilən iddialar həqiqətə uyğun deyil və böhtan xarakterlidir:

“Qeyd edim ki, Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində VAZ-2106 markalı minik avtomobili normadan artıq yük aparaq həm özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. YPX əməkdaşı həmin avtomobilə saxla işarəsi versə də, sürücü polis əməkdaşının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçmağa cəhd edib və nəticədə sərt manevr etdiyinə görə daşıdığı yük dağılıb.

Araşdırmalar zamanı məlum olub ki, sürücü - Şəmkir rayon sakini Vüsal Həsənov sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq məsuliyyətdən yayınmaq istəyib. V.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.

“Məhkəmənin qərarı ilə sonuncu 150 manat miqdarında cərimə edilib”, - deyə DİN rəsmisi qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Fevral 2026 07:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri