Icma.az
close
up
RU
Parklanma yerləri ilə bağlı yeni qərar

Parklanma yerləri ilə bağlı yeni qərar

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası təsdiq olunub.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Nəzərdə tutulmuş tikinti obyektləri üçün parklanma yerlərinin əhalisi 50 min nəfərədək olan yaşayış məntəqələrində 50%, əhalisi 50-100 min nəfərədək olan yaşayış məntəqələrində isə 25% azaldılmasına yol veriləcək. pizza mizza

Bu sənədlə nəzərdə tutulmuş parklanma yerlərinin minimal sayının məcburi kvotası kənd yaşayış məntəqələrinə (Abşeron rayonunun kəndləri istisna olmaqla) şamil edilmir.

Tikinti obyektləri üçün parklanma yerləri buranın istifadəçiləri üçün nəzərdə tutulur və həmin parklanma yerlərinin digər məqsədlər üçün yararlanmasına yol verilmir.

Qeyd edək ki, tikinti obyektləri üçün parklanma yerləri – tikinti üçün ayrılmış torpaq sahəsinin hüdudlarında istifadəçilərin nəqliyyat vasitələrinin saxlanması üçün nəzərdə tutulmuş duracaq yerləridir.

Çoxmənzilli yaşayış binaları üzrə yeraltı parklanma yerlərinin sayı 50%-dən az olmamalıdır.

Tikinti obyektlərindən metro, tramvay, şəhərətrafı dəmiryol nəqliyyatının dayanacaq və stansiyalarına və nəqliyyat mübadilə mərkəzlərinə qədər olan piyada gediş məsafəsi 400 metrdən artıq olmadıqda parklanma yerlərinin 30% azaldılmasına yol verilir (yaşayış binaları istisna olmaqla).

Parklanma yerlərinin sayı 50 və ya daha çox olan tikinti obyektləri üzrə həmin yerlərin 5%-dən az olmayan sayda elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsi nəzərdə tutulmalıdır. Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, digər nəqliyyat vasitələrini saxlamaq qadağandır.

Minik avtomobillərinin parklanması üçün minimal ərazi tələbi 2.3 m x 5 m qəbul edilməlidir.

Hava limanlarında, dəniz limanları və dəmiryol vağzallarının yanında turist avtobuslarının parklanması üçün duracaqların tutumu pik saatlarında hər 100 turistə 3-4 avtomobil yeri norması ilə qəbul edilməlidir.

Parklanma yerlərinin parametrləri avtobusların tutumu nəzərə alınmaqla hesablanmalıdır, lakin eni üzrə 3 m-dən, uzunluğu üzrə 8.5 m-dən və piyadaların təhlükəsiz keçidi üçün tikinti obyektləri üçün parklanma yerlərinin sərhədləri arasında eni 0.75 m-dən az olmamalıdır.

Tikinti obyektinin təyinatı dəyişdirildiyi halda həmin obyektin yeni təyinatı üçün parklanma yerlərinin minimal sayı əlavədə müəyyən edilmiş saya uyğun olmalıdır.

Bundan başqa, çoxmənzilli yaşayış binalarında hər mənzil üçün bir yer, ümumi sahəsi 180 kvadratmert və bundan yuxarı olan hər mənzil üçün 1.3 yer ayrılmalıdır.

Fərdi yaşayış evlərinin hər biri üçün bir yer ayrılmalıdır.

Bundan başqa;

– Dövlət orqanları (qurumları) üçün binalar – ümumi sahənin hər 75 kvadratmert üçün 1 yer;

– Yerli özünüidarəetmə orqanları üçün binalar – ümumi sahənin hər 100 kvadratmert üçün 1 yer;

– Məktəbəqədər təhsil müəssisələri – ümumi sahənin hər 300 kvadratmert üçün 1 yer;

– Xəstəxanalar və digər stasionar tipli müəssisələr – hər 5 çarpayı üçün 1 yer;

– Restoranlar – ümumi sahənin hər 50 kvadratmert üçün 1 yer;

– Sərnişin vağzalları (dəmir yolu, avtomobil, su nəqliyyatı və aerovağzallar) və limanlar – hər 10 sərnişin üçün 1 yer;

– Qəbiristanlıqlar – hər 1 hektar ərazi üçün 10 yer;

– Bazarlar və topdan satış mərkəzləri – ümumi sahənin hər 100 m2 üçün 3 yer;

– Şadlıq sarayları və mərasim zalları – ümumi sahənin hər 30 m2 üçün 1 yer;

– Məscidlər, kilsələr, sinaqoqlar və digərləri – ümumi sahənin hər 100 m2 üçün 1 yer;

– Tamaşaçı yerləri olan idman kompleksləri və stadionlar – hər 20 oturacaq üçün 1 yer;

– Çimərliklər və parklar – hər 100 eyni zamanda gələn ziyarətçiyə 15 yer.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyul 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri