Icma.az
close
up
RU
Parlament Görüşünün ikinci günündə iqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadənin perspektivləri müzakirə edilib

Parlament Görüşünün ikinci günündə iqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadənin perspektivləri müzakirə edilib

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günündə iqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadənin perspektivləri müzakirə edilib.

Sessiyada İqlim Siyasəti Radarının qurucusu və baş direktoru Mixal Naxmani, "Permalution" şirkətinin təsisçisi və baş direktoru qurucusu Tatiana Estevez, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şuranın üzvü Meera Al Suvaidi çıxış edib.

Bu sessiyada texnologiyanın, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolunu araşdırılması və iqlim fəaliyyətinin irəliləməsinə təsir edə biləcək yeni texnologiyalar barədə fikir mübadiləsi aparılıb.

Çıxışçılar texnologiyanın, xüsusilə süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu barədə fikirlərini səsləndiriblər. Bildirilib ki, iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi və kəskin hava hadisələrinin artması planetin gələcəyini təhlükə altına qoyur.

Qeyd edilib ki, xüsusilə inkişaf etməkdə olan ölkələrdə belə texnologiyalara ədalətli və bərabər çıxış təmin edilməlidir.

Sessiyada bu problemin öhdəsindən gəlmək üçün innovativ həllərin tələbinə diqqət çəkilib.

Həmçinin vurğulanıb ki, texnologiyanın düzgün və hərtərəfli istifadəsi ilə iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək mümkündür. Bunun üçün dövlətlər, şirkətlər və vətəndaş cəmiyyəti birlikdə çalışmalı, həm də ədalətli çıxışı təmin etmək üçün konkret addımlar atmalıdır.

Sessiya iştirakçıları qeyd ediblər ki, texnologiyanın potensialından tam istifadə edərək ədalətli və davamlı bir gələcək qurmaq insanlığın əsas məqsədi olmalıdır.

Tədbir zamanı, iqlim siyasətinin daha inklüziv, bərabər və davamlı olmasının vacibliyi diqqətə çatdırılıb, eyni zamanda, bu istiqamətdə müxtəlif ölkələr arasında əməkdaşlığın genişləndirilməsi təklif olunub.

Sonda panel müzakirəsində iştirak edən qonaqlarla müzakirələr aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri