Icma.az
close
up
RU
Parlamentari: APA nin bəyannaməsinin qəbul olunması 15 ci sessiyanın nəticələrini göstərən faktorlardan biridir

Parlamentari: APA nin bəyannaməsinin qəbul olunması 15 ci sessiyanın nəticələrini göstərən faktorlardan biridir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul ediləcək. Bu mühüm sənəd Assambleyanın gündəliyində duran əsas məsələləri, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsini əhatə edəcək. Bakı Bəyannaməsi Assambleyanın dəyərləri və məqsədlərinə uyğun olaraq, regional sabitlik, iqtisadi inkişaf, təhlükəsizlik və diplomatik əməkdaşlıq kimi sahələrdə birgə fəaliyyətin istiqamətlərini müəyyən edəcək. Sənəd, həmçinin üzv ölkələrin parlamentləri arasında təcrübə mübadiləsinin artırılması, qanunvericilik sahəsində inteqrasiya və Asiya ölkələrinin beynəlxalq arenada birgə səylərinin gücləndirilməsi kimi məsələləri özündə ehtiva edəcək. Bəyannamənin qəbulu APA-ya üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi baxımından mühüm addım olacaq. Azərbaycan paytaxtında keçirilən bu tədbir, regionun siyasi və iqtisadi gündəmində vacib rol oynayır. 


Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, Azərbaycan Asiya Parlament Assambleyasına ev sahibliyi və sədrlik edir:

 

“15-ci plenar sessiyada müzakirə edilən məsələlər həm qlobal düzən, bütövlükdə dünyada baş verən son siyasi hadisələr və bu kontekstdə  Asiya dövlətlərinin, eyni zamanda parlamnetlərinin rolu ilə bağlı oldu. Müzakirələr göstərir ki, konstruktiv olaraq əksər Asiya ölkələri qlobal düzənə töhfə verməyə çalışırlar. Təbii ki, vacib məqamlardan biri də Asiya Parlament Assambleyasının bütövlükdə bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır. Çünki APA-nin bəyannaməsinin qəbul olunması Asiya Parlament Assambleyasının fəaliyyətini, eləcə də 15-ci sessiyanın nəticələrini göstərən faktorlardan biridir. Ümumiyyətlə, son illər biz Azərbaycanın parlament diplomatiyasının inkişaf etməsini və genişlənməsini müşahidə edirik. Azərbaycan parlamenti beynəlxalq təşkilatlarda aktiv olaraq təmsil olunub. O cümlədən Asiya Parlament Assambleyasına sədrlik etmək də məhz bu kontekstdə qiymətləndirilməlidir. Parlament diplomatiyasının inkişaf etməsi və genişlənməsi, təbii ki, Azərbaycan həqiqətlərinin daha böyük arenaya təqdim olunması cəhətdən önəmlidir. Xüsusilə də Azərbaycanın əldə etdiyi zəfərdən sonra regionla bağlı həqiqətlərin təqdimatı baxımından çox vacibdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri