Icma.az
close
up
RU
Parlamentari: Azərbaycanla Küveyt arasında istifadə olunmamış iqtisadi potensial böyükdür

Parlamentari: Azərbaycanla Küveyt arasında istifadə olunmamış iqtisadi potensial böyükdür

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.

Bu barədə XİN-dən məlumat verilib.

Azərbaycan Respublikası və Küveyt Dövləti arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklər çərçivəsində, bir tərəfdən Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov, digər tərəfdən Küveyt Dövlətinin xarici işlər naziri cənab Abdullah Əli Əl-Yəhyanın sədrliyi və hər iki ölkənin nümayəndələrinin iştirakı ilə Küveyt Dövlətində 30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.

Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının işinin sonunda iclasın təsdiq olunmuş protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri – növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb. Bu hər iki ölkənin bütün aidiyyəti qurumlarının strateji əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə fəaliyyətini, eləcə də əməkdaşlıq çərçivəsini, konkret prosedurları və 2025–2027-ci illər üzrə müddəti əhatə edir. Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar.

Yekunda, tərəflər Birgə Komissiyanın 4-cü iclasının 2027-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər.


Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a bildirib ki, Azərbaycanla Küveyt arasında diplomatik əlaqələr 1994-cü ildən yaranıb:


"Ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarda əməkdaşlıq edir.  Küveyt həmişə Azərbaycanın mövqeyini dəstəkləyib. Azərbaycan və Küveyt parlamentləri arasında  əlaqələr 1997-ci ildən yaranıb. İqtisadi sahədə isə əməkdaşlıqımız o qədər də genişlənməyib.  Belə ki, Azərbaycanla Küveyt arasında ticarət dövriyyəsi 1 milyon dollara yaxındır. Azərbaycan-Küveyt arasında keçirilmiş Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası ölkələrimiz arası əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətli olacaq. İclasda Azərbaycanın Küveyt Dövləti ilə əlaqələrin genişləndirilməsində, habelə ümumi prioritetli nailiyyətlərə çevrilməsində maraqlı olduğu bildirilib. Ölkələrimiz arası istifadə olunmamış iqtisadi potensial böyükdür. Azərbaycan ixrac bazarlarının şaxələndirilməsində maraqlıdır. Bu baxımdan Küveytlə iqtisadi əlaqələrimizin dərinləşməsi qeyri-neft məhsullarımızın Küveyt bazarına çıxarılmasına imkan yardacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri