Icma.az
close
up
RU
Parlamentari: Sibiqanın Azərbaycana səfəri yalnız bir prizmadan dəyərləndirilməlidir

Parlamentari: Sibiqanın Azərbaycana səfəri yalnız bir prizmadan dəyərləndirilməlidir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ukrayna Azərbaycan üçün Avropada əsas enerji mərkəzinə çevrilməyə hazırdır.

Bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.

"Aİ kimi biz də Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə əsas töhfə verən ölkə hesab edirik. Tranzit sahəsində təcrübəmiz və Avropada ən böyük qaz anbarlarımız sayəsində buna töhfə verməyə hazırıq. Ukrayna Avropada Azərbaycan üçün əsas enerji mərkəzi olmağa hazırdır. Azərbaycan Ukraynanın davamlı inkişafının gücləndirilməsi, ilk növbədə enerji sektorunda, eləcə də ədalətli və davamlı sülhə nail olmaq üçün son dərəcə mühüm tərəfdaşdır. Azərbaycan strateji tərəfdaşdır və indi bu tərəfdaşlığa, xüsusən də ən yüksək siyasi səviyyədə yeni təkan vermənin vaxtıdır. Bu barədə Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev də razılaşıblar”.


Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a bildirib ki, Azərbaycan çoxşaxəli xarici siyasət kursu realizə edir:


"Bu realizə prosesində məqsəd və hədəflərimiz ikitərəfli və çoxtərəfli kontektsdə əməkdaşlıqların dərinləşdirilməsi, bunun milli maraqlarımız qədər qarşı tərəfin də maraqlarına cavab verməsidir. Bu baxımdan istənilən səfər və qəbul edilən rəsmi şəxslərlə müzakirə edilən məsələlər üçüncü tərəfin əleyhinə yönəlməyib. Ona görə də  Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqanın Azərbaycana səfəri yalnız o prizmadan dəyərləndirilməlidir. Bu, Ukrayna və Azərbaycan arasında olan tarixi, mədəni əlaqələrin, eyni İttifaq daxilində mövcud olan münasibətlərin davamıdır. Azərbaycan Ukraynanın, Ukrayna da Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək ifadə edib. 

Bir də vurğulanmalı məsələ odur ki, xarici siyasət kursu o zaman uğurlu olur ki, burada balanlaşdırma, praqmatik yanaşma varsa, xarici siyasətdə manevr arealı da genişlənir. Siyasətin mərkəzində dayanan amil məhz budur. Odur ki, Sibiqanın səfərinə süni don geyindirilməsi cəhdi əbəsdir. Ukrayna bu gün çətin vəziyyətdədir. Bu vəziyyətdə Azərbaycan ona humanitar dəstək göstərdi və zaman-zaman ara bulandırılmağa çalışılsa da Ukrayna xalqı bunu yüksək dəyərləndirir. SOCAR Ukraynada yanacaqdoldurma məntəqələrindən mülki faəliyyətlə məşğul olan maşınları pulsuz yanacaqla təmin edir.  

Ukrayna tranzit ölkədir və kəskin toqquşan maraqların mərkəzində yerləşməsi onu ən kritik məqamlarda təcrübə toplamağa vadar edib. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında nəinki önəmli, eyni zamanda qabarıq formada nəzərə çarpan və parlayan aktordur".


Deputatın sözlərinə görə, Avropa liderləri bütün kürsülərdən etiraf edirlər ki, məhz cənab Prezident İlham Əliyevin yürütdüyü diplomatiya bir çox məqamlarda öz sözünü deyir:

"Digər tərəfdən Türkiyə Ukrayna məsələsinin həllində əsas həlqələrdən biridir. Sibiqanın səfərini isə əslində məhz bu cür şərh edərdim ki, Ukrayna Azərbaycan-Türkiyə münasibətlərini aydın dərk etdiyindən bu məsələdə və məqamda Azərbaycana səfər zərurəti yaranıb. Azərbaycan Ukraynanın tranzit təcrübəsindən, Ukrayna isə Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursundan yararlana bilər. Azərbaycan etibarlı tərəfdaşdır. İmzalanan bütün sənədlərə uyğun addımlar atır. Ukraynada isə sülh gecikir. Azərbaycan müharibənin qısa bir zamanda bitməsini, insanların normal həayat dönməsini dəstəkləyir. Ənənəvi enerji layihələrinin inkişafı, bərpa olunan enerji üzrə əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Azərbaycan bundan irəli gələn məsələlər ətrafında addımlar atır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 May 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri