Icma.az
close
up
RU
Zelenski xarici işlər nazirini Bakıya göndərir Sibiqanın səfəri geosiyasi baxımdan mühümdür

Zelenski xarici işlər nazirini Bakıya göndərir Sibiqanın səfəri geosiyasi baxımdan mühümdür

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Politoloq Fərhad Məmmədov Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın 25–26 may tarixlərində Azərbaycana planlaşdırılan səfərini şərh edərək bildirib ki, bu, hər nə qədər adi diplomatik səfər kimi görünsə də, zamanlama və kontekst baxımından xüsusi əhəmiyyət daşıyır.

“Səfər müharibə şəraitində baş tutur və belə məqamlarda Ukrayna rəsmilərinin xarici səfərləri həm beynəlxalq, həm də regional miqyasda əlavə diqqət doğurur,” – deyə Məmmədov vurğulayıb.

O qeyd edib ki, Azərbaycanla Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu tip görüşlər qarşılıqlı maraqlara əsaslanır: “Bu, Bakının və Kiyevin uzunmüddətli və sabit münasibətlər qurmaq niyyətinin növbəti təsdiqidir.”

Politoloqun fikrincə, səfər çərçivəsində əsasən siyasi dialoq, ərazi bütövlüyü və iqtisadi əməkdaşlıq kimi mövzular müzakirə olunacaq. Azərbaycanın Ukraynada sərmayələrinin mövcudluğunu xatırladan Məmmədov bildirib ki, SOCAR-ın yanacaq şəbəkəsi, eləcə də Azərbaycan şirkətlərinin telekommunikasiya, kənd təsərrüfatı və tikinti sahələrində fəaliyyəti iki ölkə arasında iqtisadi əlaqələrin genişliyini göstərir.

Bundan əlavə, o vurğulayıb ki, Azərbaycan MDB məkanında Ukraynaya ən çox humanitar yardım göstərən ölkələrdən biridir: “Bu, Azərbaycanın humanitar siyasətinin və regional sabitliyə verdiyi töhfənin bariz nümunəsidir.”

“Bu, son üç ildə Ukrayna XİN rəhbərinin regiona ilk səfəridir və məhz Azərbaycana baş tutması təsadüfi deyil,” – deyə Məmmədov əlavə edib.

Moskvada bu səfərə mənfi reaksiya ola biləcəyini istisna etməyən politoloq bildirib ki, Azərbaycanın müstəqil və proqnozlaşdırıla bilən xarici siyasət yürütməsi bütün tərəfdaşlara, o cümlədən Moskvaya məlumdur: “Biz nə vaxtsa Rusiya prezidentini də dövlət səfəri ilə qəbul etmişik, indi isə Ukraynanın xarici işlər naziri gəlir. Prinsip dəyişməzdir – ikitərəfli gündəm və milli maraqlar.”

Fərhad Məmmədov eyni zamanda Ermənistanın işğal dövründə Rusiyadan hərbi-siyasi dəstək aldığını, Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağın statusu ilə bağlı son bəyanatlarının bu siyasətin nəticəsi olduğunu qeyd edib.

Sonda politoloq vurğulayıb ki, Sibiqanın səfəri geniş ikitərəfli gündəmin müzakirəsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm hadisədir: “Bu səfəri siyasi manipulyasiyalar yox, real diplomatik və iqtisadi maraqlar kontekstində dəyərləndirmək lazımdır.”

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri