Icma.az
close
up
RU
Parlamentari: TRASEKA layihəsinin inkişaf etdirilməsi üzv ölkələrin hər birinin marağında olmalıdır

Parlamentari: TRASEKA layihəsinin inkişaf etdirilməsi üzv ölkələrin hər birinin marağında olmalıdır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir. Bu barədə ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe bildirib. O qeyd edib ki, sözügedən təşəbbüs İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bu yaxınlarda Azərbaycana səfəri zamanı səsləndirilib və rəsmilər tərəfindən bəyənilib. Müşavirin sözlərinə görə, bu il İranın yol və şəhərsalma naziri TRACECA Hökumətlərarası Komissiyasına sədrlik edəcək. Bundan əlavə, A.Tərfe vurğulayıb ki, İran və Türkmənistan arasında illik tranzit daşımalarının həcminin 20 milyon tona çatdırılmasını nəzərdə tutan “yol xəritəsi” haqqında saziş imzalana bilər. O bildirib ki, sənədin İran və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-19 may tarixlərində keçiriləcək iclası çərçivəsində imzalanması gözlənilir. 


Millət vəkili Vüqar İsgəndərov Sherg.az-a bildirib ki, TRASEKA Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi deməkdir:


“Bunun tarixinə nəzər saldıqda Müstəqil Dövlətlər Birliyinə  (MDB) göstərilən texniki yardım təsis proqramı çərçivəsində xüsusi layihə olduğunu görərik. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda təşkil olunan İpək Yolu layihəsində bir neçə ölkənin iştirakı ilə həmin proqramın daha da inkişad etdirilməsi üçün nəzərə alınıb. Bundan sonra TRASEKA yüksək səviyyədə inkişaf etməyə başlayıb. Avrasiya İpək Yolu ideyası bu məsələdə xüsusi rol oynayıb. Sözügedən məsələ gündəmə gələndə Avropa-Qafqaz-Asiya öz təzahürünü tapıb. TRASEKA ilə nəqliyyat axını təbii ki, inkişaf edib. TRASEKA-nın məqsədləri xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda zəngin mədəni tarixin gələcək üçün saxlanılmasına xidmət göstərir. Azərbaycanın həmin təşkilata böyük qatqıları mövcuddur. Bakıda və digər ölkələrdə keçirilən təşkilatın tədbirlərində Azərbaycan iştirakı və töhfələriylə dəstək verib. Bu nəqliyyat manşrutları vasitəsilə malların Avropa və dünya bazarlarına çıxışını təmin etmək, ölkələrin siyasi, iqtisadi sabitliyini qorumaqdır. TRASEKA vasitəsilə üzv dövlətləri arasında gələcək regional əməkdaşlıq da dəstəklənir. Beynəlxalq maliyyə təşkilatları və özəl investorlar həmin layihəyə dəstək veriblər. İranın sözügedən təşkilata töhfələri olub”.


Deputat söyləyib ki, İran TRASEKA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit yolunun yaradılmasını təklif edir:

“Təbii ki, İran və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-19 may tarixlərində keçiriləcək iclası çərçivəsində imzalanması mümkündür. Bu dəhliz iki ölkə arasında daşımaların həcmini artıra bilər və bölgə üçün əlverişli zəmin yaradar. Azərbaycan da tranzit ölkə olaraq ikitərəfli və çoxtərəfli layihələrin dəstəklənməsində həmişə maraqlı olub. Azərbaycan həm İran və Gürcüstan, həm də digər ölkələrlə ikitərəfli və çoxtərəfli müqavilərin imzalanmasında maraqlı olduğunu bildirib. Belə layilər yalnız iqtisadi əhəmiyyət daşımır, ölkələr arasındakı münasibətlərə müsbət təsirini göstərir. Dünya yenidən dizayn olunur və tranzit yolların əhəmiyyəti getdikcə artır. Yollar üzərində gedən münaqişələri və terror təhdidləri kimi məsələləri nəzərə alsaq sözügedən prosesin nə qədər əhəmiyyətli olduğu göz önündədir. Azərbaycanın yerləşdiyi coğrafı ərazi, dünyada artan siyasi çəkisi yeni ideyaların yaranmasında öz təsirini büruzə verir. Azərbaycan təkcə sözügüdən layihələrin deyil, həmçinin Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və TAP/TANAP kimi layihələrin də müəllifi və həmmüəllifir. Azərbaycan iqtisadi rıçaqların inkişaf etdirilməsində çox vacib oyunçuya çevrilir. TRASEKA layihəsinin inkişaf etdirilməsi üzv ölkələrin hər birinin marağında olmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri