Icma.az
close
up
RU
Parlamentari: Türk dünyası birlikdə olmasa, böyük çətinliklərlə üzləşə bilərik

Parlamentari: Türk dünyası birlikdə olmasa, böyük çətinliklərlə üzləşə bilərik

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tural Gəncəliyev: “Hər bir dövlət öz müttəfiqi, tərəfdaşı ilə yeni dünya nizamından güclü çıxmağa hazırlaşır" 



19 iyun 2025-ci il tarixində Türkiyənin Kahramanmaraş şəhərində iki dost və qardaş ölkə arasında sarsılmaz birliyin, qarşılıqlı dəstək və həmrəyliyin bariz nümunəsi olan əlamətdar hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirildi. Bu, Azərbaycan ilə Türkiyə arasında əsrlərlə möhkəmlənmiş dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü, ortaq dəyərlər üzərində qurulan əməkdaşlığın mühüm mərhələsidir. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Kahramanmaraş və digər zəlzələ bölgələrində həyatını itirənlərin xatirəsini ehtiramla anaraq, Azərbaycan xalqının bu faciəni öz şəxsi kədəri kimi yaşadığını diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, ilk gündən onminlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlayıb: “Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir”. Qeyd edək ki, Azərbaycan tərəfindən zəlzələ bölgələrinə göndərilən min nəfərdən çox heyət tərəfindən 53 nəfər dağıntılar altından sağ çıxarılıb, səhra hospitallarında isə 3 200 insana tibbi xidmət göstərilib. Bu, sadəcə humanitar yardım deyil, qardaşlığın konkret əməli nümunəsi idi. Prezident İlham Əliyev çıxışında, həmçinin humanitar dəstək və strateji müttəfiqlik kontekstində Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurğuladı. Kahramanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsi zəlzələdən sonra yaraların sarılmasında, insanların yenidən ayağa qalxmasında mühüm rol oynayıb. Bu məhəllə yalnız yeni binalar kompleksi deyil, eyni zamanda mənəvi dayaq, Azərbaycanın Türkiyəyə olan qardaşlıq münasibətinin nümunəsidir. Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən bu layihə zəlzələdən zərər çəkmiş ailələr üçün yeni həyatın, sabitliyin və ümidin ünvanına çevrilib. Bütün layihə müasir standartlara uyğun inşa edilib, seysmik dayanıqlılıq təmin olunub, sosial ehtiyaclar nəzərə alınıb. Ölkəmiz hər zaman Türkiyənin yanında olub, qardaş dövlət də ağır və taleyüklü günlərində Azərbaycana öz dəstəyini əsirgəməyib. Bu qarşılıqlı etimad və həmrəylik münasibətləri iki ölkə arasında möhkəm - sarsılmaz dostluğun təməlini təşkil edir. Azərbaycan və Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətləri rəsmiləşdirilib. Kahramanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsi isə bu müttəfiqliyin artıq yalnız siyasi və hərbi sahədə deyil, humanitar və sosial istiqamətlərdə də uğurla həyata keçirildiyini sübut edir. Burada insan həyatı, ailə dəyərləri və gələcək nəsillərin rifahı nəzərə alınıb. Bu ünvan artıq sadəcə yaşayış məkanı deyil, tarixi yaddaş, vəfa və ümid yeridir. Azərbaycan ilə Türkiyə arasında formalaşmış strateji ittifaq təkcə iki ölkənin rəsmi münasibətləri çərçivəsində qalmır. Bu münasibətlərin təməlində dərin tarixi köklər, ortaq dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. “Bir millət, iki dövlət” prinsipi artıq sadəcə şüar deyil, real siyasət və əməli əməkdaşlıq modeli kimi çıxış edir. Liderlər beynəlxalq arenada ortaq mövqe nümayiş etdirir, çoxtərəfli platformalarda bir-birini dəstəkləyir. Bu həmrəylik Cənubi Qafqazda və daha geniş geosiyasi müstəvidə yeni reallıqlar yaradır. Qarabağ zəfəri zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bu qardaşlığın canlı təzahürü oldu. Əvəzində, Azərbaycan da müxtəlif regional təşəbbüslərdə, o cümlədən, enerji və nəqliyyat layihələrində Türkiyənin maraqlarını nəzərə alaraq bu münasibətləri daha yüksək səviyyəyə qaldırdı.


Millət vəkili Tural Gəncəliyev Sherg.az-a deyib ki, dünyada gedən gərgin proseslər, geosiyasi vəziyyət, münaqişə və müharibələr, dağıntılar fonunda Azərbaycan və Türkiyə qardaşlığının, müttəfiqliyinin yeni mərhələyə keçməsinin, yeni formada özünü ehtiva etməsinin şahidiyik. Deputatın sözlərinə görə, bunun humanitar, iqtisadi-siyasi tərəfi ilə yanaşı, çox güclü semantik tərəfi də var: 

seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyun 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri