Icma.az
close
up
RU
Parlamentari: Vizasız rejim gənclərə və sahibkarlara Çinə rahat çıxış açacaq

Parlamentari: Vizasız rejim gənclərə və sahibkarlara Çinə rahat çıxış açacaq

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycan - Çin əlaqələri yalnız siyasət deyil, iqtisadiyyat və turizmdə də perspektivlidir



"Bu il ərzində Çinə həyata keçirilmiş səmərəli dövlət və işgüzar səfərlərim, bir çox sənədlərin, xüsusilə də strateji tərəfdaşlıq barədə iki sənədin imzalanması, qarşılıqlı viza rejiminin ləğvi Azərbaycan ilə Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir".

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində qeyd olunub.

Dövlət başçısı, həmçinin vurğulayıb ki, ilk dəfə olaraq Çindən kənarda keçirilən bu forumun məhz Azərbaycanda baş tutması məmnunluq doğurur.

Ölkə başçısının da vurğuladığı kimi, Azərbaycanla Çin arasında vizanın ləğv olunması iki ölkə münasibətlərində strateji əhəmiyyət daşıyan addımdır. Bu qərar hər şeydən əvvəl turizmin inkişafına, xalqlarımız arasında qarşılıqlı ünsiyyətin və etimadın möhkəmlənməsinə xidmət edir. Vizasız gediş-gəliş Azərbaycanı Çin bazarı üçün daha da əlçatan edəcək və ölkəmizə gələn turistlərin sayının artmasına şərait yaradacaq.

Ekspertlər də hesab edir ki, Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqi iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Çin kimi Orta Dəhlizdə yerləşən ölkələrlə iqtisadi əlaqələrimizin sərbəstləşdirilməsi strateji baxımdan çox doğru addımdır. 

Qeyd edək ki, Azərbaycan və Çin arasında viza rejiminin ləğvi, yəni viza tələb edilməməsi 16 iyul 2025-ci il tarixindən qüvvəyə minib. 


Millət vəkili Şahin Seyidzadə Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələr son onilliklər ərzində dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanaraq möhkəmlənib:


 “İki ölkə arasında siyasi dialoqun dinamik inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və qlobal məsələlərdə yaxın mövqelərin nümayişi bu əməkdaşlığın dayanıqlığını göstərir. Azərbaycanla Çin arasındakı münasibətlər yalnız siyasi əlaqələrin möhkəmlənməsi deyil, eyni zamanda iqtisadiyyat, ticarət, nəqliyyat, enerji və humanitar sahələrdə yeni imkanların açılması baxımından da böyük əhəmiyyət daşıyır. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın Orta Dəhliz üzərindən tranzit potensialının artırılması, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Limanı kimi layihələrin Çinin Avropaya çıxışında strateji rol oynaması xüsusi olaraq vurğulanmalıdır. Bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlıq məsələləri də geniş müzakirə olunub, bir sıra razılıqlar əldə edilib. Söhbətlər zamanı Azərbaycanın həyata keçirdiyi sülh təşəbbüsləri də diqqət mərkəzində olub. Çin tərəfi 8 avqustda Vaşinqtonda imzalanmış Bəyannaməni dəstəklədiyini açıqlayıb, bunun Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün mühüm zəmin yaratdığını bildirib. Prezident İlham Əliyev isə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sülh siyasətini ardıcıl şəkildə davam etdirəcəyini, regionun əməkdaşlıq və tərəqqi məkanına çevrilməsi üçün bütün addımları atacağını bəyan edib. Xatırladım ki, Çinin təşəbbüsü ilə keçirilən “ŞƏT plyus” formatında iclasda isə təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizlərinin inkişafı və enerji təminatı mövzularında geniş fikir mübadiləsi aparılıb.  Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyev bu ilin aprelində “Sinxua” agentliyinə verdiyi müsahibədə də Azərbaycan–Çin əməkdaşlığının strateji xarakterini vurğulayıb, iqtisadi, enerji və nəqliyyat sahələrində böyük potensialın mövcudluğunu bildirib. Çin səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər həmin strateji baxışların ardıcıl şəkildə reallaşdırıldığını nümayiş etdirir”. 


Ş.Seyidzadənin fikrincə, Azərbaycan–Çin münasibətlərinin indiki mərhələsi yalnız ikitərəfli əlaqələr çərçivəsi ilə məhdudlaşmır, həm də qlobal miqyasda sülh, sabitlik və inkişaf naminə birgə fəaliyyətin nümunəsi kimi dəyərləndirilir:

 “Xüsusən də Azərbaycanla Çin arasında vizasız gediş-gəlişin tətbiqi ölkələrimiz arasındakı strateji tərəfdaşlığın real nəticəsidir. Bu qərar qarşılıqlı əlaqələrin daha da genişlənməsi, xüsusilə gənclərin, sahibkarların və turizm sektorunun inkişafı üçün yeni imkanlar yaradacaq. Gənclərimizin təhsil, elm və mədəniyyət sahəsində Çinə daha rahat səfərləri bilik və təcrübə mübadiləsini gücləndirəcək. İşgüzar dairələr isə vizasız rejim sayəsində daha çevik əməkdaşlıq imkanları qazanacaq.

Eyni zamanda, turizm sahəsində gözlənilən artım ölkə iqtisadiyyatına əlavə töhfə verəcək, xalqlarımız arasında mədəni körpüləri daha da möhkəmləndirəcək. Vizasız rejim Azərbaycanın qlobal əməkdaşlıqda açıq, çevik və proqressiv siyasətinin bariz nümunəsidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri