Parlamentdə mina terroru qurbanları ilə bağlı tədbirlər olacaq
525.az saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisdə insan hüquqları, mina terroru qurbanları və beynəlxalq məhkəmə-hüquq institutlarının fəaliyyətinə həsr edilən görüş və tədbirlər keçiriləcək.
525.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin İnsan hüquqları komitəsinin payız sessiyası üzrə iş planına daxil edilib.
Belə ki, "Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışının təmin olunması" mövzusunda ANAMA ilə birgə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Həmçinin komitə "Vəkillik institutu-vətəndaşların insan hüquqlarının təmin edilməsi və beynəlxalq standartların tətbiqi mexanizmlərinin təkmilləşməsində yeri və rolu", "Beynəlxalq məhkəmə və hüquq institutlarının fəaliyyətində yeni tendensiyalar, perspektivlər- Azərbaycandan baxış" mövzusunda dəyirmi masalar keçirməyi də planlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 17 Sentyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















