Parlamentdə yaşayış minimumu və ehtiyac meyarı müzakirə olundu
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Parlamentdə yaşayış minimumu və ehtiyac meyarı məsələsi müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu məsələni deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qaldırıb.
“2023-cü ilə qədər yaşayış minimumu ehtiyac meyarından aşağı idi. Lakin 2023-cü ildən sonra bərabərləşdi. Nəzərə alaq ki, yaşayış minimumu və ehtiyac meyarı aztəminatlı ailələrə aid məsələdir və bunun böyük hissəsi ərzağa gedir.
Ərzaq inflyasiyası da yüksək olduğuna görə söhbət artımdan yox, kompensasiyadan gedir. Nə zamansa bunun fərqləndirilməsinə ehtiyac var. Bizim hazırladığımız qanunvericilik sənədinin yenidən təqdim olunmasını təklif edirəm. Təklif edirəm ki, komitələrimizin birgə layihəsi təqdim olunsun”, - deputat bildirib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 23 Yanvar 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















