Icma.az
close
up
RU
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 5 məsələ müzakirə edilib

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 5 məsələ müzakirə edilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri Əli Hüseynli çıxış edərək Prezident İlham Əliyev tərəfindən təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi ilə bağlı 5 məsələnin gündəliyə daxil edildiyini bildirib.

Çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov son dövrlərdə Şura tərəfindən görülən işlər və ümumilikdə məhkəmə sistemində həyata keçirilən islahatlar barədə danışıb. O qeyd edib ki, bütün bu islahatlar beynəlxalq təcrübənin - norma və prinsiplərin öyrənilməsi ilə tətbiq olunur. Şura tərəfindən, eyni zamanda, hakimlərin qəbulu, qiymətləndirilməsi, irəli çəkilməsi, elektron məhkəmə sisteminin inkişafı və vətəndaş müraciətlərinə baxılması kimi sahələrdə kompleks tədbirlər həyata keçirilir. Bildirilib ki, hakimlərin irəli çəkilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının nəzdində Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb.

Namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı və iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 16 hakimlə bağlı məsələlərin müzakirəyə təqdim olunduğunu bildirən deputat Nizami Səfərov onlardan 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, 3 nəfərin Bakı Apellyasiya Məhkəməsinə, 2 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinə, 2 nəfərin Şəki Apellyasiya Məhkəməsinə, 4 nəfərin isə Şirvan Apellyasiya Məhkəməsinə təyinatı nəzərdə tutulduğunu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, apellyasiya instansiyası məhkəmələrinin 4 hakiminin iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad olunması da gündəmdədir.

Sonra deputatlar Kamal Cəfərov və Bəhruz Məhərrəmov ölkədəki məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər, öz təklif və qeydlərini səsləndiriblər.

Komitə sədri Əli Hüseynli bildirib ki, məhkəmə hakimiyyətində ədalət prinsipləri əsasında gəncləşdirmə prosesi aparılır, təcrübə mübadiləsi həyata keçirilir. O, son dövrlərdə qadın hakimlərin sayının artmasına da xüsusi diqqət çəkib.

Daha sonra gündəlikdəki 5 məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri