Icma.az
close
up
RU
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üç məsələni plenar iclasa tövsiyə edib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üç məsələni plenar iclasa tövsiyə edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Azər Əmiraslanov iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini diqqətə çatdırıb. O, əvvəlcə, gündəliyin birinci məsələsi - Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirib ki, sənəd Gömrük Məcəlləsinin təkmilləşdirilməsi ilə yanaşı, gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsini və bu sahədə daha çevik və effektiv fəaliyyətin təmin olunmasını nəzərdə tutur.

İclasda iştirak edən Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin rəisi Tural Həsənli Məcəllənin müvafiq maddəsinə — gömrük borcunun ödənilməsi qaydalarına təklif olunan dəyişikliklərin mahiyyəti barədə məlumat verərək, onların tətbiq mexanizmi və gözlənilən təsirləri haqqında ətraflı danışıb, dəyişikliklərin beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlandığını bildirib. Qeyd olunub ki, layihəyə əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.

Komitənin sədr müavini Azər Badamov gündəliyin ikinci məsələsi olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib. Bildirib ki, dəyişikliklərə əsasən, əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması qaydalarında dəqiqliyin təmin olunması, həmçinin mümkün hüquqi kolliziyaların həlli məqsədilə qüvvədə olan qanunun 9-cu və 15-ci maddələrinə yeni bəndlərin əlavə olunması təklif olunur. Diqqətə çatdırılıb ki, dəyişikliklər hüquqların dövlət qeydiyyatının aparılması və dövlət qeydiyyatından imtina hallarında hüquqi əsasların daha dəqiq müəyyənləşdirilməsini hədəfləyir.

Gündəliyin sonuncu məsələsi - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında danışan komitə sədri Azər Əmiraslanov deyib ki, sənəd bir sıra qanunlara mühüm düzəlişləri ehtiva edir.

Qanun layihəsi barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qeyd edib ki, layihə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş və yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yeni yaşayış evlərinin tikintisini, bu məqsədlə torpaq sahələrinin ayrılmasını, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını, şəhərsalma və tikinti prosedurlarının təkmilləşdirilməsini, eləcə də bir sıra digər hüquqi tənzimləmələri nəzərdə tutur.

Sonra qanun layihələrinin müzakirəsi aparılıb. Müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, sədr müavini Azər Badamov, komitənin üzvləri Vüqar Bayramov, Əli Məsimli, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək, layihələrlə bağlı fikirlərini açıqlayıblar, bəzi qeydlərini və rəylərini səsləndiriblər.

Müzakirələrin sonunda qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri