Icma.az
close
up
RU
Partiya sədri: “Avropa Parlamentini Azərbaycanda kiminsə taleyi narahat etmir, sadəcə qərəzdir”

Partiya sədri: “Avropa Parlamentini Azərbaycanda kiminsə taleyi narahat etmir, sadəcə qərəzdir”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəzli addım atıb. 

Belə ki, Avropa Parlamenti Azərbaycanı bütün “siyasi məhbusları” azad etməyə çağırıb. Bununla bağlı dekabrın 18-də qətnamə qəbul olunub. Qətnamədə Azərbaycanda “siyasi motivlərlə həbs olunmuş vətəndaş cəmiyyəti fəalları, müxalifət liderləri, jurnalistlər, alimlər və insan haqları müdafiəçilərinin” olduğu iddia edilir. 

Bəyanatın məhz indi, Prezident İlham Əliyevin amnistiya aktı təşəbbüsü ilə çıxış etdiyi ərəfədə yaıylması təsadüfi deyil. Amnistiya aktının müzakirəsi başlayıb, sənədin təxminən 20 min nəfərə şamil olunacağı gözlənilir. Belə bir vaxtda sözügedən qətnamə Avropa Parlamentinin Azərbaycana qarşı qərəzindən doğur. 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib: 

“Onlardan başqa bir mövqe gözləməyə də dəyməzdi. Azərbaycanda proseslər daxili qanunvericiliyə uyğun həyata keçirilir. Hansısa beynəlxalq qurumun  siyahıları olduqca şübhəlidir və qeyri-obyektiv yanaşmadır. Ancaq illərdir ölkəmizə  belə yanaşma var”. 

Siyasətçi diqqətə çatdırıb ki, Avropa Parlamenti bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir: 

“Əslində, beynəlxalq təşkilatları Azərbaycanda kiminsə taleyi narahat etmir. Onlar sadəcə müxtəlif bəhanələrlə ölkəmizə təzyiq göstərmək istəyirlər. Prezident amnistiya ilə bağlı təşəbbüslə çıxış edib. O da rekord sayda – 20 min insanı əhatə edəcək. 

Ümumiyyətlə, Azərbaycanda vaxtaşırı amnistiya və əfv fərmanı olur. İnsanlar həbsdə müəyyən müddət qalandan sonra ya islah olurlar, ya da onların sağlamlıq və sosial vəziyyətlərinə baxılaraq uyğun qərarlar verilir. 

Son amnistiya aktında Qarabağ müharibəsində iştirak edənlərin özlərinin və yaxınlarının vəziyyəti də nəzərə alınacaq. Yəni belə bir vəziyyətdə Avropa Parlamentinin qərəzli bəyanatının heç bir əhəmiyyəti və yeri yoxdur”. 

Elmir 
“Cebheinfo.az

Açar sözlər: Avropa Parlamenti qərəzli qətnamə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri