Partiya sədri: Azərbaycanda bələdiyyələrə insanların etibarı azalıb
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"Türkiyə kimi bələdiyyə sistemimiz olsa, bələdiyyə seçkiləri əhəmiyyətli seçkilər olardı. Bu insanların həyatına birbaşa təsir edə biləcək idarəetmə subyektlərinin, problemlərini həll edəcək insanları seçməsi məsələsidir. Bələdiyyələr gündəlik yol, su, zibil və.s kimi məsələləri həll etməli olan subyektlər olmalı idilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ partiyanın sədri Tural Abbaslı deyib.
O bildirib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri çox aşağıdır və heç nəyə təsir imkanları qalmayıb:
"Belə olan halda bələdiyyə seçkilərinə də insanların marağı az olur. 1999-cu ildə ilk bələdiyyə seçkilərinə insanların necə həvəsli olduğunu xatırlayıram. Bələdiyyə sisteminə ümidlər olduğu üçün əhali səs verməkdə və namizəd olmaqda həvəsli idi. Sonrada bələdiyyələrin icra hakimiyyəti orqanlarının bir strukturu olduğu ortaya çıxdı, insanların etibarı azaldı. İndiki halda insanların çoxuna bələdiyyə seçkiləri maraqlı deyil. Bələdiyyələrin sayı 680-ə qədər endirilib.
Güman edək ki, bələdiyyələrin sayının azaldılması səlahiyyətləri artıracaq, təsir imkanlarını genişləndirəcək, xalqa daha yaxşı xidmət etməyə imkan verəcək".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:123
Bu xəbər 29 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları