Icma.az
close
up
RU
Partiya sədri ChatGPT dən özünə qadın müavin götürüb

Partiya sədri ChatGPT dən özünə qadın müavin götürüb

Icma.az bildirir, Mia.az portalına istinadən.

2025-ci ildə Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik qeydə alınıb. Belə ki, Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə edib.

Partiyadan verilən açıqlamaya görə, bu təşəbbüs idarəetmədə rəqəmsallaşmanın tətbiqi, qərarların daha operativ və analitik əsaslarla verilməsi, həmçinin innovativ siyasi yanaşmanın formalaşdırılması məqsədi daşıyır.

Bu yeniliyin partiyaya qatdıqları, süni intellekt əsaslı qadın modelin hansı işləri gördüyü, partiyanın qərarverməsinə nə qədər töhfə verdiyi maraq doğuran məsələlərdir.

Mia.az Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvininn Modern.az-ambu barədəki açıqlamasını ixtisarla təqdim edir: “Biz bu modeli “nə edir?” sualı ilə yox, daha çox “nə etmir?” sualı ilə izah etməyi üstün tuturuq. Çünki cəmiyyətdə süni intellektlə bağlı ən böyük narahatlıq-onun insanı və siyasi iradəni əvəz etməsi qorxusudur. Bizim yanaşmamız tam əksinədir. Hazırda bu süni intellekt düşünmür, qərar vermir, hökm çıxarmır. O, sadəcə olaraq partiyaya daxil olan böyük həcmdə informasiyanı-vətəndaş müraciətlərini, sosial narahatlıqları, ictimai gözləntiləri-sakit, emosiyasız və sistemli şəkildə bir araya gətirir.

Amma bir şeyi xüsusi vurğulamaq istəyirəm: süni intellekt nə səs verir, nə qərar qəbul edir, nə də kiminsə yerinə məsuliyyət daşıyır. O, sadəcə rəhbərliyə bütün məlumatları çatdırır və biz artıq hansısa məsələ haqqında qərar verərkən ‘bunu bilmirdik’ deməyimiz mümkün olmur.

Bu yanaşma texniki təhlükəsizliyi, eləcə də siyasi və hüquqi nəzarəti tam şəkildə təmin edir. Yəni burada söhbət “hazır proqram”dan deyil, Azərbaycanda lokallaşdırılmış, institusional və tam nəzarət olunan kompleks texnoloji həllərdən gedir”.

Qeyd edək ki, adı vaxtilə müxətlif qalmaqallarda halanan Aydəm İsmayılov ötən il Tahir Kərimli ilə anaşaraq bu partiyanın sədri postuna sahiblənib.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 Yanvar 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri