Icma.az
close
up
RU
Partiya sədri: Kənd Təsərrüfatı Nazirliyi ləğv edilməli, rəhbəri tutulmalıdır Məcnun kənd təsərrüfatından anlamayan nə qədər adam varsa...

Partiya sədri: Kənd Təsərrüfatı Nazirliyi ləğv edilməli, rəhbəri tutulmalıdır Məcnun kənd təsərrüfatından anlamayan nə qədər adam varsa...

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

“Məcnun kənd təsərrüfatından anlamayan nə qədər adam varsa, hər birini yığıb nazirliyə”.
Mia.az
xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
O, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində keçirilən əməliyyatlar fonunda fikirlərini bildirərkən qeyd edib ki, ilk olaraq Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov məsuliyyətə cəlb edilməlidir.
“O, vaxtilə İsa Qəmbərin dondurma sexini işlədən və birbaşa olaraq dövlət başçısına xəyanət edən adam olub. Xatırlayanlar olacaq, köməkçi kimi özünə Azərbaycanı qəbul etməyən Nərmin adlı xanımı seçmişdi. Həmin şəxsin vəzifədən kənarlaşdırılmasını məhz mən təmin etdim. Bir sözlə, bu nazir yerini bilməyən adamdır. Çıxıb müsahibə verir ki, hamı quzu yemək istəyir, ona görə ət bahalaşıb. İndiki dövrdə kənd təsərrüfatı məhsullarının qiymətinin kəllə-çarxa çıxmasının başlıca səbəbi onun əsəridir”, – deyə o, əlavə edib.
H. Hacıyev söyləyib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatına böyük diqqət və qayğısı var, lakin, çox təəssüf ki, həmin nazirlikdə kənd təsərrüfatı üzrə mütəxəssis işləmir və nazirin heç bu işlərdən xəbəri yoxdur:
“Dəfələrlə demişəm, bu gün xalqın əsas tələbatı kənd təsərrüfatı məhsullarınadır. Kostyum alıb 2-3 il geyinmək olar, lakin çörək, ət, qatıq, xama yeməsən, süd içməsən, yaşaya bilməzsən. Qısacası, hazırda xalqın əsas narazılığı kənd təsərrüfatı məhsulları ilə bağlıdır. Kənd təsərrüfatı üzrə mütəxəssis olaraq rahatlıqla deyə bilərəm ki, hazırda hansı rayonda kartof, üzüm, taxıl əkilməli, hansı rayonlarda isə heyvandarlıq inkişaf etdirilməli olduğunu planlaşdıra bilmirlər. Bunları danışan zaman deyirlər ki, Hafiz Hacıyevin gözü kənd təsərrüfatı naziri olmaqdadır. Olsaq, nə olar? Xalqın çörəyi artar, ət 20 yox, 10 manat olar, məhsul istehsalı artar, hər kəs də razı qalar”.
MMP sədri əmindir ki, hələ orada çox oyunlar çıxacaq: “Hələ məndə olan məlumatlara görə, Məcnun kənd təsərrüfatından anlamayan nə qədər adam varsa, hər birini yığıb nazirliyə. Neft sənayesi üzrə ali təhsil alan biri necə bu sahəni bilsin?! İlk öncə qoyunla quzunu tanımaq lazımdır. Vaxtilə kənddə çoban da olmuşuq, mal da bəsləmişik, ərazi də sulamışıq. Burada gizlətməli heç nə yoxdur. Ölkəmiz kənd təsərrüfatı üçün ən yararlı torpaqlara sahibdir. Niyə xaricdən idxal edək?!”.
“Əlqərəz, xalqı narazı salan Kənd Təsərrüfatı Nazirliyi ləğv edilməli, rəhbəri tutulmalı, yerində isə Kənd Təsərrüfatı üzrə Ərzaq, Təhlükəsizlik və Qida Təminatı Komitəsi yaradılmalıdır. Oraya isə həmin işlərdən başı çıxan, bizim kimi bu sahəni bilən adamlar gətirilməlidir ki, dövlətə xidmət etsinlər. Əgər kimsə mənimlə bu barədə polemika aparmağa razıdırsa, buyursun, hər zaman hazıram. Kiminsə bacısıdır, qardaşıdır, dostudur, tanışıdır baxmayacağıq, birmənalı olaraq heç kəsə dövlət başçısına xəyanət etməyə imkan verməyəcəyik!”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Aprel 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri