Partiya sədrindən AYNA ya: Sizi məhkəməyə verəcəm, yetər artıq...
Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən AYNA ( Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), sizdən indicə cərimə ilə bağlı mesaj aldım.Bugünkü tarixdir, bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm, ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil oluruq. Maşın 7 saatdır ofisin qarşısındadır, yaxşı, siz bu cəriməni haradan uydurub-çıxartdınız?".
Sitat.info xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli sosial şəbəkə səhifəsində yazıb.
O qeyd edib ki, qurumla əlaqə saxlamaq cəhdləri də boşa çıxıb: "Çağrı mərkəzimizə zəng etdim, 4 dəqiqə gözlətdiniz, sonra qapatdınız. Sizi məhkəməyə verəcəm, yetər artıq, insanları zinhara gətirmisiniz!".
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 19 Aprel 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















