Icma.az
close
up
RU
“Partiya sizə öz arvadınızı boşamağı təklif edir...”

“Partiya sizə öz arvadınızı boşamağı təklif edir...”

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Onlar bildirdilər ki, mən respublika rəhbərinin göstərişi ilə həbs edilmişəm. Odur ki, iki yoldan birini seçməliyəm: ya onların tələb etdiyi ifadəni verməliyəm, ya da ölməliyəm. Mən bildirdim ki, heç kimə böhtan atmayacağam...”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

"İstintaq materiallarından...

(Əvvəli burada: )

“...Əşrəf Əlizadə Azərbaycan K(b) P MK büro iclasına çağırıldı, Atakişiyev onun “cinayətkar fəaliyyəti” barədə məruzə etdi. Büro iclasında iştirak edən Sumbatov-Topuridze Əlizadəyə belə sualla müraciət etdi: 

“Siz hansı kəşfiyyata xidmət edirsiniz- Amerika, ya türk kəşfiyyatına?” 

Mir Cəfər Bağırov isə öz çıxışında Əlizadəyə bildirdi: 

“Partiya sizə öz arvadınızı boşamağı təklif edir”.

Əşrəf Əlizadə, formal da olsa, arvadını boşamaq barədə ərizə yazmağa məcbur oldu. Ancaq o, Bağırovdan gizli olaraq arvadı ilə Stavropol vilayətində, Kislovodsk, Yessentuki və digər şəhərlərdə görüşürdü. Sonra Əlizadənin vəzifəsi kiçildildi, o, “Azərneftkəşfiyyatı” birliyinə rəis təyin olundu. O vəzifədən də “rəhbərliyi təmin etmədiyinə görə” azad edildi. Əlizadə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb, daimi yaşamaq üçün Türkmənistana getdi... 

Bağırova xoş gəlsin deyə, Əşrəf Əlizadəyə, onun arvadı Qəmər Əlizadəyə və qaynı Ələkbər Mustafayevə cinayət işi açmaq və onları həbs etmək üçün Yemelyanov bir sıra təxribatlara əl atmışdı. 1948-ci ilin sonlarında Qəmər Əlizadə iki az yaşlı uşağı ilə birlikdə Türkmənistana- ərinin yanına yollandı. Bundan istifadə edən Yemelyanov təxribata əl atdı. Krasnovodskda Qəmər gəmidən düşərkən Azərbaycan DTN-nin gizli agenti olan bir qadın qışqırıb-bağırmağa başladı: “Oğrunu tutun, oğrunu tutun. O, pullarımı oğurladı”. Qəmər Əlizadə uşaqları ilə birlikdə DTN-nin şöbəsinə gətirildi, onun özü və əşyaları yoxlanıldı. Yalnız 5 saatdan sonra onu azad etdilər. Bu hadisəni Azərbaycan SSR dövlət təhlükəsizlik nazirinin müavini Atakişiyevin Türkmənistanın dövlət təhlükəsizliyi naziri Qalkinə göndərdiyi məktub və ondan aldığı cavab bir daha təsdiq edir... 

1948-ci ilin iyulunda Qəmər Əlizadənin əmisi qızı, müəllimə Surayə Nağıyeva Ordubaddan Bakıya gəldi. O, bağından yığdığı 100 kq meyvəni gətirib bazarda satmışdı. Həmin meyvənin puluna iki cüt sırğa və bəzi şeylər almışdı. Əlizadəni nüfuzdan salmaq üçün Tağıyeva tutulub alverçi kimi məsuliyyətə cəlb olunmuşdu. Yerli qəzetlərdə belə bir yazı verildi ki, Əşrəf Əlizadənin evində alverçi yuva salıbmış... 

Əşrəf Əlizadəni, arvadı Qəməri və qaynı Ələkbər Mustafayevi gözdən salan ifadələr əldə etmək üçün Yemelyanov 1948-ci ilin 18 noyabrında “Əliqulu Səttar oğlu Fərəcovun türk kəşfiyyat orqanları ilə əlaqəsini aşkara çıxarmaq və həbs etmək məqsədilə gizlicə aradan götürmə tədbirləri”ni təsdiq etdi. Bu plana əsasən xalq təsərrüfatı institutunun direktoru Əliqulu Fərəcov Naxçıvan şəhərinə ezamiyyətə göndərildi, ancaq yolda stansiyaların birində qatardan düşürülüb, avtomaşında Bakıya gətirildi və Azərbaycan DTN-nin daxili həbsxanasında təkadamlıq kameraya salındı. Bir necə gün ərzində Yemelyanov, Qasımov və Atakişiyev Fərəcova işgəncə verməklə ondan Əşrəf Əlizadənin, Qəmərin və Mustafayevin türk təşkilatçıları ilə əlaqədar olması bardə yalançı məlumatlar almaq istəmişlər. Fərəcov özü bu barədə deyirdi:

“Məndən yalan ifadə ala bilməyən Kəmərski səhərə yaxın məni həmin təkadamlıq kameraya göndərdi. Ertəsi gün mən Kəmərskinin və Qasımovun yanına istintaqa çağrıldım. İstintaq zamanı keçmiz nazir Yemelyanov iki dəfə otağa daxil oldu. ... İstintaq zamanı mənə Azərbaycan KP M-nın keçmiş ikinci katibi Əlizadəni və keçmiş DTN nazir müavini Mustafayevi ləkələyən hər hansı bir hadisə danışmaq təklif olunurdu. Kəmərski və Qasımov açıq-aşkar Əlizadənin və Mustafayevin türk kəşfiyyatı ilə əlaqəsi barədə yalan ifadə verməyi təklif edirdilər. Mən sovet hakimiyyətinə qarşı heç bir cinayət törətməmiş adamlara böhtan atmayacağımı bildirəndə Kərəmski və Qasımov məni hədələməyə başladılar və dedilər ki, sənin vəziyyətin pisləşə bilər. İstintaq gedən otağa Yemelyanov da gəlib, yumruğunu stola vurdu, mənim ünvanıma nalayiq sözlər dedi və bildirdi ki, əgər mən Əlizadə, Mustafayev və Ömər Faiq (Mustafayevin atalığı) barədə ifadə verməsəm, məni zirzəmidə cürüdəcək, bir daha işıq üzü görməyəcəyəm, gün işığına həsrət qalacağam. Mənim istintaqım protokolla rəsmiləşdirilmirdi. Mən yenidən təkadamlıq kameraya salındım. Gecə məni Qasımovun, oradan da Yemelyanovun yanına apardılar. Yemelyanov Qasımovun yanında mənim üstümə çığırmağa, nalayiq sözlər deməyə başladı. Mən ona namuslu adam olduğumu və namuslu adamlara böhtan atmayacağımı bildirəndə Yemelyanov məni karserə salmağı əmr etdi. Karserin şüşələri sınıq olduğundan çox soyuq idi. Mənə elə gəlir ki, şüşələr karserə salınan dustaqlara daha çox işgəncə vermək üçün qəsddən sındırılmışdır. Məni karserdə bir sutka saxladılar, nə yemək, nə su verdilər. Karserdəki temperatur küşədəkinə bərabər olduğu üçün mən bu müddət ərzində tamam donmuşdum. Həmin il qış çox sərt keçirdi. Soyuqdan məni titrəmə tutmuşdu, mənə tibbi yardım göstərilməsini xahiş etdim. Mən başa düşdüm ki, burada ölsəm də, kimsənin bundan xəbəri olmayacaq... Bədənimə işləyən soyuqdan, yuxusuzluq və açlıqdan üzülmüş vəziyyətdə Qasımova istədiyi ifadəni verməyə razı olduğumu bildirdim. Qasımov mənə kağız-qələm verib, öz əlimlə yalan yazmağa məcbur etdi. Əlizadə Qəmərin vəkil Mirzə Hüseynovla tanışlığı barədə məlumat alan Yemelyanov həmin vəkili tutub daxili həbsxanaya salmağı əmr etdi. 1948-ci ilin 25 avqustunda Mirzə Hüseynov həbs olundu və bir neçə gündən sonra Yemelyanovun otağına gətirildi. Hüseynov istintaq zamanı Yemelyanov tərəfindən döyülürdü”. 

Hüseynovun ifadəsindən

“Yemelyanov mənə qalxmağı əmr etdi. Mən ayağa qalxdım, bu zaman o, yumruğu ilə üzümə güclü zərbə endirib alt çənəmin sağ tərəfindəki iki dişimi sındırdı. Məni daha rahatlıqla döymək üçün qollarımı qandalladılar. Yemelyanov ay yarım sonra məni yenidən döydü. O, Kalininin otağına gəldi. Bu vaxt Padarov məni rezin dəyənəklə döyürdü. Yemelyanov isə başımın üstündə dayanıb soruşurdu: “Qəmərin sənə nə dediyin söyləyəcəksən, ya yox?” Mən cavab verdim ki, heç bir şey bilmirəm. Elə bu vaxt Yemelyanov boynumun ardından bir yumruq vurdu və özü də yerə sərildi. Mən gördüm ki, o, bərk sərxoşdur. Həm Yemelyanov, həm də Atakişiyev bildirdilər ki, mən respublika rəhbəri Bağırovun göstərişi ilə həbs edilmişəm. Odur ki, iki yoldan birini seçməliyəm: ya onların tələb etdiyi ifadəni verməliyəm, ya da ölməliyəm. Mən bildirdim ki, heç kimə böhtan atmayacağam...” 

Saxtalaşdırılmış materiallara əsasən Hüseynov SSRİ DTN yanında xüsusi yığıncağın qərarı ilə 5 il müddətinə islah-əmək düşərgəsinə göndərildi...”

(Davamı var)

Təqdim etdi:

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2024 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see267

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see263

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see262

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see254

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see252

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see248

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see240

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see235

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see230

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see223

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see222

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see220

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see215

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see205

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see205

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see204

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see197

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see183

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see180

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri