Icma.az
close
up
RU
Partiyalar arasında siyasi baxışlarına, ideoloji əsaslara görə fərqlər olsa da, fundamental mövzularda tam konsensus mövcuddur

Partiyalar arasında siyasi baxışlarına, ideoloji əsaslara görə fərqlər olsa da, fundamental mövzularda tam konsensus mövcuddur

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi dialoq və milli həmrəylik kursu iqtidar-müxalifət münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyıb. Azərbaycan ictimaiyyəti son illər ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Bu təşəbbüsün mühüm tərkib hissəsi kimi həyata keçirilən toplantılar, fərdi görüşlər, eləcə də müəyyən qanunların qəbulu ilə bağlı dinləmələr yeni dövrdə siyasi münasibətlərin inkişafına öz töhfələrini verir. Proses uğurla davam edir və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşlər və birgə səfərlər siyasi həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm amil rolunu oynayır.
Belə təşəbbüslərdən biri də Prezident Administrasiyasının bilavasitə təşkilatçılığı ilə baş tutan növbəti sayca səkkizinci Qarabağ səfəri oldu. Ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, politoloqlar, kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələrinin iştirak etdiyi səfər çərçivəsində Ağdamda olduq.
Səfər çərçivəsinzə Ağdam Dəmiryol və Avtovağzal Kompleksinin fəaliyyəti ilə, Xıdırlı kəndində görülən inşaat işləri, Ağdam Muğam Mərkəzi, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi, Ağdam Konqres Mərkəzi və Ağdam City Hotel mehmanxanası ilə tanış olmaq imkanımız oldu. Eyni zamanda, İmarət Kompleksi və Cümə Məscidini də ziyarət etdik.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edərək Ağdamda qısa müddət ərzində görülən işlərin timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətini nümayiş etdirdiyini bildirdi və qeyd etdi ki, görülən işlərin sürəti və yüksək keyfiyyəti Qarabağın dünyanın ən füsunkar məkanlarından birinə çevriləcəyindən xəbər verir.
Eyni zamanda, Ağdam Sənaye Parkı haqqında da geniş məlumat verildi. Parkda ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
“Böyük Qayıdış” Proqramı çərçivəsində görülən işlər haqqında səfər iştirakçılarına məlumatların verilməsi zamanı bildirildi ki, Ağdamın turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.
Qeyd edim ki, işğaldan azad olunmuş ərazilərə təşkil olunan səfərlər öz mahiyyətinə və bir çox mühüm xüsusiyyətlərinə görə seçilir. Bu, həm də siyasi iradənin, ortaq mövqenin və vətənpərvərliyin real təcəssümü kimi meydana çıxır. Uzun illər işğal altında olan dağıdılmış, viran qoyulmuş, yerlə yeksan edilmiş ərazilərimizdə sürətli bərpa işlərinin aparıldığını, insanlarımızın öz dogma yurdlarına qayıdışını görmək qürurverici bir hissdir.
Məsələnin digər tərəfi isə təbii ki, bu cür səfərlərin hakimiyyətlə siyasi partiyalar arasında konstruktiv əməkdaşlığın qurulması üçün yeni imkanlar yaratması ilə bağlıdır. Bu cür təşəbbüslər ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılmasına mühüm töhfələr verir.
Bu səfərlər göstərir ki, partiyalar arasında siyasi baxışlarına, ideoloji əsaslara görə fərqlər olsa da, əsas məsələlərdə - ərazi bütövlüyü, suverenlik, dövlət müstəqilliyinin qorunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi kimi fundamental mövzularda tam konsensus mövcuddur. Bu səfərlər həm də beynəlxalq ictimaiyyətə ölkəmizdə siyasi institutların yetkinliyini, ümummilli məsələlərdə vahid mövqe sərgiləməyi bacardığını nümayiş etdirir.
Yusif Bağırzadə, politoloq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 İyul 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see135

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see133

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see126

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri