Icma.az
close
up
RU
“Partiyaları ləğv etmək, maliyyə cəhətdən çökdürmək, onların üzvlərini təqib etmək Ramiz Mehdiyevin yolu olub...”

“Partiyaları ləğv etmək, maliyyə cəhətdən çökdürmək, onların üzvlərini təqib etmək Ramiz Mehdiyevin yolu olub...”

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"...Açıq müxalifət olmayanda həmişə gizli müxalifət meydana çıxır...”

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin həbsi, ev dustağı edilməsi haqda özəl xəbərlərin, açıqlama, müsahibə və müzakirələrin tüğyan etdiyi son on günlüklərdə xalqın, dövlətin bu gününü, gələcəyini deyil, yalnız öz şəxsi karyera, vəzifə və var-dövlətlərini düşünən fürsətçil şəxslər də sanki ova çıxıblar. Kimin kimdən xoşu gəlmirsə, ona “mehdiyevçi” damğası vurur, onun barəsində müxtəlif yalan-doğru faktlar üzə çıxarır və s. Siyasi meydan da belədir; bəziləri konkret olaraq AXCP və Müsavatın ləğvini tələb edir, digərləri ümumiyyətlə, Azərbaycanda müxalifətə ehtiyac olmadığını və müxalif hesab olunan siyasi partiyaların qadağan olunması təşəbbüsü ilə çıxış edir...

Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov Moderator.az-a verdiyi açıqlamada Azərbaycanda müxalifətin tamamilə ləğv edilməsinin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, açıq müxalifətin fəaliyyəti çətinləşdirildikdə, müxalifət daha çox gizli formada fəaliyyət göstərir, bu isə hakimiyyət üçün daha təhlükəlidir:

"Hər hansı bir ölkədə açıq müxalifət olmayanda həmişə gizli müxalifət meydana çıxır. Və əslində siyasi partiyaları ləğv eləmək də çətin bir iş deyil. İstəsələr, qanun qəbul edib partiyaların hamısını qadağan edə bilərlər. Keçmiş Sovet İttifaqındakı kimi bir partiya olar və bu qaydanı da ayrıca bir 6-cı maddə kimi Konstitusiyaya əlavə edərlər. Ancaq bu o demək deyil ki, belə halda ölkədə müxalifət olmayacaq. Sadəcə olaraq, müxalifət açıq şəkildə yox, gizli formada hakimiyyətin öz daxilində yaranıb mövcudluğunu davam etdirəcək. Bu isə açıq müxalifətdən daha çox təhlükəlidir. Odur ki, müxalifətin ümumiyyətlə ləğv edilməsi haqda fikirlər irəli sürənlər siyasi baxımdan uzaqgörən deyillər.”

Siyasətçi onu xüsusi olaraq nəzərə çatdırıb ki, partiyaları ləğv etmək, onları maliyyə cəhətdən çökdürmək və onun rəhbərləri və sıravi üzvlərini inzibati cəhətdən təqib etmək - məhz Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin yolu olub. 

“O, 30 ildən çox bu yolu seçdi və nəticəsi də göz qabağındadır. Özünün yaratdığı o siyasi repressiya sisteminin özü də qurbanı oldu... Və partiyaların ləğvi təklifi ilə çıxış edənlər də elə düşünməsinlər ki, başqalarını qadağan etməklə özləri salamat qala bilərlər, əslində, özləri də istənilən mərhələdə həmin repressiya sisteminin qurbanı ola bilərlər”, -deyə Etibar Məmmədov bildirib.

AMİP-in fəxri lideri hansısa konkret hansısa partiyanın ləğv edilməsi təşəbbüsünə də münasibət bildirib.

“İstənilən partiyanın inzibati qaydada ləğv olunması o qədər xoşagələn və qanuni yol deyil. Əgər hakimiyyət olaraq özünə rəqib hesab etdiyin bir qurumu, partiyanı sıradan çıxarmaq istəyirsənsə, onunla yaxşı işləməlisən. Partiya nədir? Müəyyən fikir, ideya tərəfdarlarının bir yerə toplanması... Və qarşı tərəfi sadəcə bir qərarla ləğv etmək üsulu qanuni də deyil, mənəvi cəhətdən də doğru deyil. Qarşı tərəfi zəiflətmək istəyirsənsə, sənin fəaliyyətin, təbliğatın o qədər güclü olmalıdır ki, ona inananlar ona yox, gəlib sənə inansınlar və sənin tərəfinə keçsinlər. Və hansısa partiyanın ləğvini təklif edənlərin özünün də qoltuqlarındakı bir qovludan və yaxın qohum-əqrəbadan başqa ətraflarında heç kəs yoxdur.  Bir sözlə, indiki zəmanədə partiya ləğv etmək, partiya qadağan etmək düzgün yol deyil”, -deyə siyasətçi vurğulayıb.

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri