Partlayışlar ara vermir, banklar sıradan çıxıb, yanacaq yoxdur… İrandan DƏHŞƏTLİ KADRLAR KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın xüsusi xidmət orqanları İsfahanda “dron və minaatan istehsalı emalatxanası” aşkar ediblər,
KONKRET.az bildirir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Kərəcdə isə partlayıcı maddələrin istehsalı ilə məşğul olan “Mossad agenti”nin həbs edildiyi bildirilir.
Xorasan Rəzəvi vilayətinin polis rəisinin müavini qeyd edib ki, İranın Hava Hücumundan Müdafiə Qüvvələri Məşhəd şəhərinin hava limanının yaxınlığında İsrailə məxsus PUA-nı vurub.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri ötən gecə eyni bölgədə bir neçə İsrail pilotsuz təyyarəsini də vura bilib.
Bu arada İsrailli hakerlər İranın bank sistemini sıradan çıxarıblar.
Vətəndaşlar pul çıxara bilmir, bankomatlar işləmir.
Şiraz və Tehranda hava hücumundan müdafiə sistemləri işə salınıb. Tehranın bir neçə bölgəsində partlayış səsləri eşidilib.
İran paytaxtında yanacaq almaq üçün uzun növbələr yaranıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 17 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















