Icma.az
close
up
RU
“PAŞA Bank” “International Investor” beynəlxalq nəşri tərəfindən 2025 ci ildə “Azərbaycanın ən yaxşı bankı” elan edilib

“PAŞA Bank” “International Investor” beynəlxalq nəşri tərəfindən 2025 ci ildə “Azərbaycanın ən yaxşı bankı” elan edilib

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, 2025-ci ildə beynəlxalq maliyyə nəşri “International Investor” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” nominasiyasında qalib elan olunub. Bank bu mükafata Azərbaycanın qeyri-neft sektorunda qazandığı uğurlara və ölkə iqtisadiyyatının dayanaqlı inkişafına verdiyi töhfələrə görə layiq görülüb. 
“International Investor” nəşrinin mükafat laureatlarına həsr olunmuş xüsusi buraxılışında "PAŞA Bank"ın son il ərzində nail olduğu əsas məqamlar barədə geniş məlumat təqdim edilib. Xüsusilə "yaşıl layihələrə" yönəlik investisiyalardakı artım, dayanaqlı biznes həllərinin həyata keçirilməsi, yerli və regional bazarlarda maliyyə mövqelərinin möhkəmləndirilməsi kimi nailiyyətlərdən ətraflı bəhs olunub.
Bu nüfuzlu mükafatın təqdim olunmasını şərh edən Bankın idarə heyətinin sədri Cavid Quliyev qeyd edib ki, "PAŞA Bank"ın bazarda təqdim etdiyi innovativ məhsullar, “yaşıl layihələrin” maliyyələşdirilməsi, sindikat kreditləşmə əqdi, COP29 zamanı həyata keçirdiyi layihələrin miqyası və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun dəstəklənməsi istiqamətində verdiyi töhfə xüsusi önəm daşıyır.
“Keçən il qeyri-neft sektorundakı biznes portfelimiz 3,015 milyard manatı ötüb, KOS portfelində isə öncəki illə müqayisədə 19 faiz artım qeydə alınıb. 2024-cü ilin sonuna cəmi aktivlərimiz 8,2 milyard manata, xalis mənfəətimiz 210,5 milyon manata çatıb. Bu nailiyyətlər beynəlxalq ekspertlərin diqqətindən yayınmır və bütün komandamızın əzmkarlığının və Azərbaycanın maliyyə sektorunda müsbət dəyişikliklər yaratmağa sadiqliyimizin göstəricisidir. Əminəm ki, "PAŞA Bank" bu ildə də real sektor müştərilərinə xidmət sahəsində daha geniş uğurlar qazanacaq və bununla da Azərbaycan iqtisadiyyatının dayanaqlı inkişafına daha böyük töhfələr verəcək,” - deyə Cavid Quliyev qeyd edib.
Xatırladaq ki, “PAŞA Bank” son illər ərzində yerli və xarici ekspert icmaları, o cümlədən “Euromoney”, “Global Finance” və digər maliyyə nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı”, “Azərbaycanın ən yaxşı özəl bankı” kimi nüfuzlu nominasiyalarda qalib elan olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://banco.az
archiveBu xəbər 30 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri