Icma.az
close
up
RU
Kapital Bank International investor tərəfindən daha bir mükafata layiq görüldü

Kapital Bank International investor tərəfindən daha bir mükafata layiq görüldü

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Kapital Bank kommersiya bankçılığı sahəsindəki uğurları və innovativ yanaşması ilə daha bir beynəlxalq mükafata layiq görülüb. Bank, nüfuzlu "International Investor" jurnalı tərəfindən "Ən yaxşı kommersiya bankı 2025" ("Best Commercial Bank Azerbaijan 2025") nominasiyası üzrə qalib elan edilib. Bu mükafat Kapital Bank-ın kommersiya bankçılığı sahəsində göstərdiyi yüksək performansın, müştəri yönümlü yanaşmanın və dayanıqlı böyümənin beynəlxalq səviyyədə növbəti təsdiqidir.

Böyük Britaniyada nəşr olunan "International Investor" jurnalı maliyyə sektorunda innovasiya, liderlik və qabaqcıl təcrübələri ilə seçilən qurumları təqdim edən qlobal platformadır. Kapital Bank-ın bu mükafata layiq görülməsi onun kommersiya bankçılığı sahəsindəki strateji inkişafını və müştəri portfelinə dəyər qatan məhsul və xidmətlərini beynəlxalq səviyyədə tanıdır.

Hazırda Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Bankın kommersiya bankçılığı üzrə portfeli sürətlə böyüməkdədir. 46 460 hüquqi şəxs və 221 538 fərdi sahibkar Kapital Bank-ın çevik və rəqəmsal həllərindən aktiv şəkildə faydalanır. 3 milyondan çox aktiv Birbank mobil tətbiqi istifadəçisi ilə Kapital Bank müştərilərinə yaratdığı rəqəmsal həllərlə də ön sıradadır və bazarda lider mövqeyini qoruyur.

Kommersiya müştərilərinə təqdim olunan fərdi yanaşma, məhsul dizaynında çeviklik və risklərin effektiv idarə olunması Kapital Bank-ın bu sahədə üstünlüyünü müəyyənləşdirən əsas faktorlardır. Bank kiçik və orta bizneslər üçün əlçatan maliyyə həllərindən tutmuş, iri korporasiyalar üçün optimallaşdırılmış xidmət modellərinədək geniş spektrdə xidmətlər təklif edir.

Bununla yanaşı, Kapital Bank yalnız maliyyə göstəriciləri ilə deyil, sosial məsuliyyət sahəsindəki təşəbbüsləri ilə də fərqlənir. Xüsusilə təhsilin inkişafına yönələn layihələr, tələbələr üçün yaradılan fürsətlər və cəmiyyətin rifahına töhfə verən sosial proqramlar Kapital Bank-ın dəyərlərinin ayrılmaz hissəsidir.

Qeyd edək ki, cari ildə Kapital Bank "International Investor" tərəfindən "Best Private Banking Azerbaijan" mükafatına da layiq görülüb. Bu iki nüfuzlu beynəlxalq tanınma bankın həm kütləvi, həm də fərdi müştərilər üzrə yüksək xidmət standartlarını və geniş strateji baxışını bir daha təsdiqləyir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 May 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see523

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see231

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see163

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see154

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see146

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see141

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see138

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see137

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see134

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see133

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri