Icma.az
close
up
RU
“PAŞA Bank” “Euromoney” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı 2025” mükafatına layiq görülüb

“PAŞA Bank” “Euromoney” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı 2025” mükafatına layiq görülüb

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı bankı 2025” nominasiyasında qalib elan olunub. Mükafat 17 iyul 2025-ci il tarixində Londonda keçirilən ənənəvi “Awards for Excellence – 2025” mükafatlarının təqdimatı zamanı “PAŞA Bank”ı təmsil edən nümayəndə heyətinin rəhbəri, İdarə Heyətinin sədri Cavid Quliyevə və rəhbər heyətə təqdim olunub.

“Euromoney” mütəxəssisəri bankları hər nominasiya üzrə meyarlara uyğun xüsusi qiymətləndirmə sistemləri və metodlardan istifadə etməklə dəyərləndirir. Əsas parametrlər arasında bazar payının artımı və maliyyə göstəricilərinin yaxşılaşdırılması, məhsul, xidmət, rəqəmsal həllər və texnologiyalarda innovasiyaların tətbiqi yer alır. Qiymətləndirmə sistemi iştirakçıların uğurlu strategiyalar, texnologiya yenilikləri və fərqli biznes təşəbbüslərlə bazara təsirini açıq göstərir.

2025-ci ildə “PAŞA Bank” HSBC, Morgan Stanley, Santander, Societe Generale kimi bir sıra nüfuzlu banklarla yanaşı bu mükafatla təltif olunub.

Cavid Quliyev mükafatı rəhbərlik etdiyi qurumun göstərdiyi dayanıqlı və yüksək səviyyəli xidmətinin beynəlxalq səviyyədə təkrar təsdiqi kimi qiymətləndirib.

“PAŞA Bank real sektor biznesləri ilə vaxtında və sıx dialoqa girərək, onların qarşılaşdıqları çətinlikləri aşkar edib həll yolları təklif edir. Bu proaktiv yanaşma sahibkarların bazardakı mövqeyini qoruyub möhkəmləndirməsinə kömək edir, Bankın kredit portfelinin keyfiyyətini yüksəldir və ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verir. Müştəri yönümlü yanaşmamızı daha da gücləndirərək, gələcək illərdə innovativ və etibarlı bank təcrübəsi yaratmağa davam etməyi hədəfləyirik. Bankın hər bir əməkdaşına göstərdikləri davamlı və keyfiyyətli işə görə təşəkkür edir, bu prestijli mükafatın əldə olunmasında onların böyük payı olduğunu qeyd etmək istəyirəm”, - deyə Cavid Quliyev vurğulayıb.

Qeyd edək ki, son illərdə mühüm uğurlar əldə edən “PAŞA Bank”, müştəriyönümlü yanaşması, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri ilə seçilir. 2025-ci ilin “CustomerFirst” ili elan olunması bu istiqamətin strateji şəkildə davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu göstərir. Rəqəmsal imkanlarla təqdim olunan çevik və etibarlı maliyyə həlləri isə ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına və rəqabət qabiliyyətinin artmasına mühüm töhfə verir.

Belə ki, real sektorda bizneslərin inkişaf hədəfini rəhbər tutan “PAŞA Bank”, 2025-ci ilin 6 ayının nəticələrinə görə, 3.280 mlrd AZN kredit portfelinin 85%-ə qədərini qeyri-neft sektoruna aid edib. Qeyri-neft sektoru daxilində ayrılan məbləğin 30 %-ə qədəri ticarət, 15 %-i tikinti, 11%-i nəqliyyat,  8%-i kənd təsərrüfatı,  38%-i isə sənaye, İKT, digər qeyri istehsal və xidmət sektorunu əhatə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://banco.az
archiveBu xəbər 18 İyul 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri