Icma.az
close
up
RU
PAŞA Holding ABAD tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir

PAŞA Holding ABAD tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"PAŞA Holding" "ABAD" tərəfindən icra edilmiş "Quba ABAD Factory" İstehsalat Kompleksi və Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi layihələrini dəstəkləməyə davam edir.

ABAD (Ailə Biznesinə Asan Dəstək) 23 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Qurumun yaradılmasında məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

ABAD özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir, regional mərkəzlər vasitəsilə dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində təmsil olunan ailə bizneslərinə dəstək layihələrini həyata keçirir. "İdeyadan rəflərə" yanaşması ilə sahibkarlara istehsal olunan məhsulların satışının təşkili, həmçinin istehsal avadanlıqlarından istifadə imkanı, marketinq, brendinq və dizayn dəstəyi, mühasibatlıq və hüquqi yardım, loqistika xidmətləri kimi müxtəlif istiqamətlərdə dəstək göstərilir, müvafiq təlimlər təşkil olunur. Bu xidmətlər sahibkarların daha geniş bazarlara çıxışına və istehsalın səmərəliliyinin artırılmasına yönəldilib.

"PAŞA Holding"in dəstəyi ilə ABAD tərəfindən icra edilmiş ən iri layihələr "Quba ABAD Factory" İstehsalat Kompleksi və Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzidir.

2018-ci il oktyabrın 11-də açılışı baş tutan "Quba ABAD Factory" İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə "Mədəniyyət evi" qismində istifadəyə verilib. Uzun illər istismar nəticəsində yararsız vəziyyətə düşmüş binada "PAŞA Holding"in dəstəyi ilə əsaslı təmir-bərpa işləri həyata keçirilib və müasir avadanlıqlarla təchiz olunub. Hazırda kompleks beş istehsal sahəsi ilə ABAD-çıların xidmətindədir:

- Meyvəqurutma;

- Süd emalı məhsulları;

- Ət emalı məhsulları;

- Qənnadı məmulatları;

- Meyvə və tərəvəzlərin emalı məhsulları.

Bundan əlavə, Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi Azərbaycanın tarixi keramika ənənələrinin qorunması, ölkənin qeyri-maddi milli-mədəni irsi olan əl işi sənəti növlərinin yaşadılması, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılması məqsədilə fəaliyyət göstərir. Müəssisədə keramika sənətindən başqa xalçaçılıq və digər sənətkarlıq növləri üzrə təlimlər keçirilir. Mərkəz bir neçə beynəlxalq tədbirlərə, o cümlədən Beynəlxalq Keramika Simpoziumuna ev sahibliyi edib.

"PAŞA Holding" olaraq inanırıq ki, ABAD kimi təşəbbüslər vasitəsilə kiçik və orta bizneslərin dəstəklənməsi dayanıqlı iqtisadi artımın təşviqi, cəmiyyət üçün uzunmüddətli təsirin yaradılması və mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov vurğulayıb.

Qeyd edək ki, indiyədək ABAD vasitəsilə ümumilikdə 672 ailə təsərrüfatına dəstək göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Avqust 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri