“PAŞA Holding”dən AQTA yanında Məşvərət Şurasının kampaniyasına dəstək VİDEO
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasını davam etdirir.
"Unikal" xəbər verir ki, bu dəfə yayımlanan videoçarxda “PAŞA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən “Bravo” marketlər şəbəkəsinin Baş icraçı direktoru Jaime Teixeira pərakəndə satış sektorunda qida təhlükəsizliyi proseslərinin əhəmiyyətindən danışır.
O bildirir ki, qida təhlükəsizliyi təkcə mağazada satılan məhsulların keyfiyyəti ilə məhdudlaşmır. Bu, istehsalçıdan başlayaraq logistika mərhələlərini və satış nöqtələrində aparılan son yoxlamaları əhatə edən bütöv bir təchizat zəncirinin nəticəsidir.
Jaime Teixeira təchizatçıların düzgün seçimi, məhsulların mənşəyinin şəffaflığı və təhlükəsizlik standartlarına ciddi riayət olunmasının istehlakçı sağlamlığının qorunmasında əsas rol oynadığını vurğulayır.
Etibarsız mənbələrdən əldə edilən və nəzarətdən kənarda qalan məhsullar görünməz təhlükələr yaradır. Yalnız təhlükəsizliyi sübut edilmiş, standartlara uyğun məhsulların satışa çıxarılması sağlam və etibarlı qida mühitinin formalaşmasına imkan verir.
Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 26 Dekabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















