® “PAŞA Holdinq”in törəmə şirkətlərindən olan “PAŞA Sığorta” “GüclüSən” adlı korporativ sosial məsuliyyət layihəsinin növbəti tədbirini keçirib AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Artıq iki ildən çoxdur ki, davam edən xanımların süd vəzi xərçəngi ilə bağlı maarifləndirilməsinə həsr olunmuş “PAŞA Sığorta”nın “GüclüSən” adlı layihəsinin növbəti tədbiri baş tutub.
Qeyd edək ki, sentyabr-oktyabr ayları ərzində Liv Bona Dea ilə birlikdə 120 xanıma ödənişsiz mamoqrafiya müayinəsi və həkim konsultasiyası hədiyyə olunub.
Tədbir zamanı “Liv Bona Dea”nın baş həkimi Uzman Dr. Cabir Gülmalıyev layihəyə dəstək olmaqdan məmnunluq duyduqlarını və bu cür təşəbbüslərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
“PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holdinq” qrupunun üzvü olan “PAŞA Sığorta” 700 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















