Paşinyan Araik və dəstəsi ilə bağlı HƏDDİ AŞDI BAKIDAN REASKİYA
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda keçirilən söhbət zamanı bildirib ki, İrəvan diplomatik təmaslar zamanı Azərbaycanda saxlanılan erməni məhbusların azad edilməsi məsələsini qaldırmağa davam edəcək.
"Yeni Sabah" xəbər verir ki, Paşinyan “Hərbi əsirlər məsələsi reallığımızın vacib problemlərindən biridir. Lakin bunu həll etmək üçün sülhü gücləndirməliyik. Əks halda, bu, həll olunmayacaq”,_ deyərək hərbi cinayətkarları və separatçıları “əsir” adlandırıb.
Onun fikrincə, bu məhbusların olması düşmənçilik atmosferinin əksidir: “Əgər düşmənçilik dərinləşərsə, məsələnin həll olunmayacağı anlamına gələcək. Və bu vəziyyəti həll etməyin yeganə yolu sülh, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasıdır”. Elektronika məhsulları
Baş nazirin sözlərinə görə, Bakıda həbsdə olan ermənilərin məsələsi həmişə İrəvanın gündəliyində olub və bu gün də belədir. “Biz diplomatik təmaslar zamanı bu məsələni daim qaldırırıq və heç vaxt unutmuruq. Bu insanların həbsdən azad edilməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.
Paşinyanın keçmiş xunta rejiminin rəhbərlərini “hərbi əsir” adlandırması istisna, dediyi digər nüanslar rasional qarşılana bilər. Nəzərə almaq lazımdır ki, hökumət başçısı bu bəyanatları verərkən həm daxili, həm xarici auditoriyanı düşünüb. Paşinyan erməni məhbuslar məsələsinin diqqətdə saxladığını deməyə məcburdur.
Eyni zamanda, bu məsələnin həllində sülh prosesinə ümid edir. Baş nazir demək istəyir ki, Azərbaycanla normallaşma və sülh müqaviləsi gələcəkdə erməni məhkumların təhvil verilməsinə səbəb ola bilər. Lakin bu, onun gözləntisidir, Bakı belə bir ehtimalı heç vaxt səsləndirməyib. Əslində, həbsdə olanlardan yalnız Araik Aryuntunyan Paşinyanın kadrı kimi tanınır. Digərləri isə keçmiş “Qarabağ klanı”na yaxınlığı ilə seçilən hərbi canilərdir. Bununla belə, Paşinyanın onları “hərbi əsir” adlandırması kökündən yanlış təqdimatdır.
Bu açıqlamaya münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a deyib ki, məhkumluğunu çəkən ermənilər Azərbaycan ərazilərində qanunsuz bir rejim yaratmışdılar. Onun sözlərinə görə, həmin rejim Ermənistan və bəzi dövlətlər tərəfindən himayə olunurdu: “Bu qüvvələrin məqsədi Azərbaycanın bir hissəsi olan Qarabağı Ermənistana birləşdirmək, bu mümkün olmayanda isə ən azından bölgədə separatizmin mövcudluğunu qoruyub saxlamaq idi. Onlar da arxayınlaşmışdılar ki, himayəçiləri hesabına Qarabağın dağlıq hissəsində öz istədiklərini davam etdirə biləcəklər. Lakin Ordumuzun antiterror əməliyyatı bu planlarını alt-üst etdi, mifik rejim cəhənnəmə vasil oldu, əsas fiqurlar həbs olundu, separatçıların çoxu isə qaçdılar. Hətta o dövrdə rus hərbçilərinin də onların qaçmasına şərait yaratması istisna deyil”.
Hüquqşünas qeyd edib ki, bu şəxslər heç bir halda “hərbi əsir” statusu qazana bilməz: “Azərbaycan erməni ordusunun əsir düşən üzvlərini və diversantları çoxdan qaytarıb. Hazırda bizdə erməni hərbi əsir yoxdur. Həbsdə olanlar isə cinayətkar, terrorçu fəaliyyətinə və dövlətə qarşı çıxdıqlarına görə layiqli cəzaya məhkum olunublar. Paşinyanın nə deməyindən asılı olmayaraq, bu canilərin azad edilməsi gündəmdə deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 14 Noyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















