Icma.az
close
up
RU
Paşinyan Avropaya qaçır, Putin sakitdir ŞOK DETALLAR

Paşinyan Avropaya qaçır, Putin sakitdir ŞOK DETALLAR

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlaması ilə İrəvan-Moskva münasibətlərində onsuz da artan gərginliyin üzərinə "benzin töküb". O bildirib ki, Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət prosesinə başlamaq niyyətindədir. Paşinyanın sözlərinə görə, əvvəlcə Aİ-yə rəsmi müraciət edilməli, bundan sonra mümkün referendum üçün yol xəritəsi hazırlanmalıdır. Ermənistan parlamenti isə hələ 2025-ci ilin martında Aİ-yə üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun qəbul edib.

İrəvanın Avropa kursu artıq sadəcə siyasi bəyanatlar səviyyəsində qalmır, mərhələli şəkildə rəsmi prosedura çevrilmək istiqamətində irəliləyir. Paşinyan daha əvvəl də Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqına eyni vaxtda üzv ola bilməyəcəyini etiraf edib. Bu isə İrəvanın qarşıdakı dövrdə seçim qarşısında qala biləcəyini göstərir.

Moskvanın rəhbərlik etdiyi iqtisadi-siyasi platformada qalmaq, yoxsa Avropa inteqrasiyası yolunu seçmək?

Məsələ Ermənistanın daxili siyasəti ilə də məhdudlaşmır. Çünki İrəvanın Aİ-yə doğru atacağı hər bir ciddi addım Moskvanın Cənubi Qafqazdakı mövqelərinə birbaşa təsir göstərə bilər. Rusiya artıq Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində hərəkətlərinin Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki öhdəliklərlə ziddiyyət yarada biləcəyini bildirir.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan üçün Aİ istiqamətindən daha çox Aİİ çərçivəsində inkişaf perspektivlərinin olduğunu vurğulayıb.

İrəvan bununla yanaşı, Rusiya ilə iqtisadi əlaqələri birdən-birə qoparmaq imkanında deyil. Ermənistan hələ də Aİİ-nin üzvüdür və Rusiya onun əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Hətta son dövrdə Ermənistanın Rusiyaya ixracı ilə bağlı yaranan problemlər Paşinyanı Vladimir Putinlə bu məsələləri müzakirə etməyə vadar edib. Bu mənzərə göstərir ki, İrəvanın qarşısında kifayət qədər mürəkkəb geosiyasi və iqtisadi dilemma dayanır. Digər tərəfdən, Ermənistan Konstitusiyasına görə, ölkənin fövqəlmilli beynəlxalq təşkilatlara üzvlüyü məsələsi referendum yolu ilə həll edilməlidir. Paşinyanın açıqlaması da göstərir ki, İrəvan referendum məsələsini rəsmi müraciətdən və zəruri hazırlıq mərhələlərindən sonra gündəmə gətirməyi planlaşdırır.

Bu baxımdan Paşinyanın son bəyanatı sadəcə Avropaya inteqrasiya niyyətinin ifadəsi deyil. Bu, eyni zamanda Ermənistanın xarici siyasət vektorunun dəyişdirilməsi istiqamətində daha konkret addım kimi görünür. Əgər İrəvan həqiqətən Aİ-yə rəsmi müraciət etsə, bu, Ermənistan-Rusiya münasibətlərində yeni və daha sərt mərhələnin başlanmasına səbəb ola bilər.

Moskva Ermənistanın Aİ-yə üzvlük üçün rəsmi müraciətinə necə reaksiya verəcək? Rusiya İrəvana qarşı iqtisadi təzyiq rıçaqlarından istifadə edə bilərmi? Ermənistanın Aİ-yə üzvlük prosesi onun Aİİ-dən çıxmasını sürətləndirəcəkmi?

Siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a açıqlamasında bunları deyib:

“Əslində, Ermənistan-Rusiya xəttində pərdəarxası proseslərlə səhnədə olan vəziyyət tamamilə fərqlidir. Hazırda Ermənistanın Qərbə yönəlik siyasəti Rusiya üçün təhdidlər yaratmır. Digər tərəfdən, Ermənistanın Rusiyadan ciddi iqtisadi asılılığı var. Bu da imkan verir ki, Rusiya Ermənistana nəzarəti əlində saxlaya bilsin. Görüntü olaraq Ermənistan-Rusiya gərginliyi hər iki ölkəyə sərf edir. Ermənistanın Qərbdən dəstəyi artır, Rusiya isə sanksiyaya məruz qalan məhsulları Ermənistan vasitəsilə əldə edir və ya satır. Bu durum dolayısı ilə bir sıra Avropa ölkələrinə də sərf edir. Seçkiöncəsi iki ölkə arasında gərginlik daha da artmışdı. Rusiyanın məqsədi Paşinyanın hakimiyyətdə qalması şərtilə müxalifətin parlamentdə daha çox yerə sahib olması idi ki, bu da müəyyənləşdirilmiş ssenari üzrə baş tutdu. Real durumu tam təsəvvür edə bilmək üçün Ermənistanla Rusiya arasında Ukrayna müharibəsi başlayana qədər və ondan sonrakı dönəmdə ticarət dövriyyəsinin həcminə nəzər salmaq kifayətdir. Təbii ki, Avropa İttifaqına daha yaxın siyasət yürütmək və ya üzv olmaq Ermənistana ilk növbədə geosiyasi üstünlük qazandıra bilər. Xüsusilə Ermənistana investisiya axını baxımından. Amma bu reallaşsa belə, Ermənistanın Rusiyadan iqtisadi asılığını tam aradan qaldıra bilməz. Real vəziyyət isə belədir ki, hələ də Ermənistanın Avropa İttifaqına üzv olması mümkün deyil. Ermənistan üçün prioritet və real siyasət Türkiyə ilə münasibətləri normallaşdırmaqla sərhədlərin açılması və Avropa ilə quru əlaqələrin yaranmasıyla geosiyasi üstünlük əldə etməkdir. Ruisyanın isə bundan ciddi narahatlıq duyduğunu düşünmürəm. Ona görə də yaxın perspektivdə iki ölkə arasındakı prosesdə ciddi dəyişikliyin olacağı ehtimalı azdır”.//Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Avqust 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see463

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see439

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see374

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see222

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see218

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see203

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see181

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see178

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see177

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see175

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see175

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see173

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see173

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see166

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see165

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see165

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri