Icma.az
close
up
RU
Paşinyan Azərbaycanı seçir? Bazarlarımızda erməni malları

Paşinyan Azərbaycanı seçir? Bazarlarımızda erməni malları

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

“Rusiyanın Ermənistan mallarının idxalına qadağaları Ermənistan istehsalçıları üçün yeni imkanlar açır”. Bu fikri baş nazir Nikol Paşinyan iyulun 30-da hökumətin iclasında səsləndirib.

“Çoxları Avrasiya İqtisadi İttifaqı və Rusiya bazarındakı vəziyyəti böhran hesab edir, mən isə bunu fürsət sayıram. Bu, böhran deyil, fürsətdir, özümüz üçün açdığımız pəncərədir. Biz qapının mil-oxlarını yağladıq və qapını sakitcə açdıq, indi isə pəncərəni və ventilyasiyanı rəvan şəkildə nizamlamalıyıq”, - Paşinyan söyləyib. Baş nazirin sözlərinə görə, alternativsiz dövr bitib, hər yerdə və daim alternativ olmalıdır: “Nə qədər çox olsa, bir o qədər yaxşıdır. Xalqımız bilməlidir ki, onun seçim etmək imkanı var”.

Bəs Azərbaycan və Türkiyə ilə sərhədlər açılmadan Ermənistanın yeni alternativlərə çıxış imkanları nə dərəcədə effektiv olacaq? Bu mallar indidən Azərbaycan və Türkiyə bazarına gələ bilərmi?

Politoloq Züriyə Qarayeva hesab edir ki, Paşinyan Avropa bazarını nəzərdə tutaraq belə bir mövqedən çıxış edib. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin artacağını gözləyən ekspertin sözlərinə görə, Brüssel bu yöndə dəstəyini genişləndirəcək: "Təbii ki, Rusiya bazarından asılılığı azaltmaq bir günün işi deyil. Erməni məhsulları bu bazarlarda satılıb, iş adamları böyük gəlirlər əldə edib və indi bu əlaqələri kəsmək, bazarı itirmək, Avrasiya İqtisadi Birliyinin verdiyi güzəştlərdən məhrum olmaq sosial problemlərə yol aça bilər. Ona görə Paşinyan vaxt udmağa, Avropa Birliyi ilə viza rejiminin ləğvinə qədər bu təşkilatda üzv qalmağa çalışır. Rusiya siyasətçiləri də bu hiyləni yaxşı başa düşür və onu tələsdirirlər ki, referendum keçirsin. Onlar bilir ki, indi referendum mümkün deyil. Ona görə etməni mallarına embarqo ilə sosial vəziyyəti pisləşdirir, xalqı hakimiyyətdən narazı salmağa çalışırlar. Bunu da Qərb anlayır və Paşinyanın xalq qarşısında pis vəziyyətə düşməməsi üçün iqtisadi dəstəyi artıracaq. Hərçənd erməni mallarının Avropa standartlarına nə dərəcədə uyğun olması sual doğurur, amma bəzi üzv dövlətlərə ixrac oluna bilər. Hər halda, Avropa İttifaqı Ermənistanın Rusiyadan iqtisadi təsirinin azalması üçün bu addımları atmağa məhkumdur".

Politoloq Paşinyanın "alternativ bazarlar" dedikdə şübhəsiz ki, Azərbaycan və Türkiyəni, həmçinin Gürcüstanı nəzərdə tutduğunu da düşünür: "Məsələn, Rusiyanın qəbul etmədiyi erməni konyakı Gürcüstana satılacaq və artıq qərar verilib. Sözsüz ki, Gürcüstan Rusiya deyil və kiçik bazardı. Amma unutmayaq ki, Gürcüstana gedən erməni məhsullarının oradan Avropa limanlarına daşınması da mümkündür. Yəni çıxış yolları var. Azərbaycan və Türkiyəyə gəldikdə isə erməni mallarının bazarlarımıza gəlməsi istisna deyil. Hazırda Azərbaycandan tranzit keçməklə taxıl, gübrə daşına bilirsə, neft məhsullarımızı Ermənistana sata biliriksə, niyə də erməni aqrar məhsulları idxal olunmasın?! Sadəcə, fitosanitar qaydalara nəzarət ediləcək və daha sonra bazarlara çıxarılacaq. Yəni sülh sazişi olmadan da yükdaşımaları, ticarət dövriyyəsi mümkündür. O baxımdan, Ermənistan üçün yeni fürsətlər yaranır və Azərbaycan da maraqlıdır ki, əlaqələr inkişaf etsin, dayanıqlı sülh olsun".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Avqust 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri