Paşinyan: Azərbaycanla aramızda ilk dəfə belə bir şey oldu
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanla Azərbaycan arasında sülh Cənubi Qafqazda atmosferi yaxşılaşdırır”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasının açılışında gürcü həmkarı İrakli Kobaxidzeyə müraciət edərkən deyib.
“Ermənistan və Azərbaycan arasında sülh prosesində davamlı dəstəyinizə görə sizə təşəkkür edirəm. Gürcüstanın Ermənistan və Azərbaycan arasında ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafında dəstəyini görürük və hiss edirik. Bundan əlavə, müstəqillik qazandıqdan bəri Azərbaycan ərazisindən Ermənistana bir qatar daxil olmamışdı, amma indi Azərbaycan və Gürcüstan vasitəsilə qatarlar Ermənistana gəlir. Ümid edirik ki, yaxın gələcəkdə Ermənistandan ixrac dəmir yolu ilə də həyata keçiriləcək. Bu məsələdə sizin dəstəyiniz əvəzsizdir”, - o bildirib.
Baş nazirin sözlərinə görə, tərəflər region üçün açılan böyük imkanlara daha çox diqqət yetirməlidirlər.
Nikol Paşinyan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli əməkdaşlığa da diqqət çəkib:
“Biz həmçinin Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli regional əməkdaşlığı da dərinləşdirməyə çalışırıq. Düşünürəm ki, bu da çox böyük perspektivləri olan istiqamətdir. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələdə də müəyyən inkişaf əldə etmək imkanımız olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 04 Mart 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















