Paşinyan Azərbaycanla bağlı elə sözlər dedi ki… KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə iqtisadi artımı Azərbaycanla aparılan dialoqla əlaqələndirib.
KONKRET.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistanda iri işəgötürənlərin nümayəndələri ilə görüşdə danışıb.
O, bildirib ki, ölkə iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur və bu proses Azərbaycanla sülh istiqamətində atılan addımlarla bağlıdır.
Baş nazir yaxın gələcəkdə mühüm hadisələrin gözlənildiyini vurğulayıb. Onun sözlərinə görə, bu hadisələr, xüsusilə, böyük əhəmiyyət daşıyan TRIPP layihəsinin işə salınması ilə əlaqədardır.
Paşinyan həmçinin qeyd edib ki, ixracın dəmir yolu vasitəsilə həyata keçirilməsi mümkündür və bu, əsasən Gürcüstan ərazisindən keçməklə baş tuta bilər. O, əlavə edib ki, siyasi razılaşmaya əsasən, bu dəmir yolu marşrutu heç vaxt bağlanmayacaq və həm idxal, həm də ixrac üçün etibarlı xətt hesab olunur.
Bununla belə, baş nazir etiraf edib ki, hazırda dəmir yolundan ixrac üçün geniş istifadə olunmur. O, bunu son 30 ildə formalaşmış logistika zəncirləri ilə izah edib.
Paşinyanın sözlərinə görə, bu zəncirlərin dəyişməsi üçün ilk növbədə etimadın formalaşması, eləcə də yeni nəqliyyat yanaşmalarına uyğunlaşma vacibdir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:334
Bu xəbər 13 Aprel 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















