Paşinyan: “Azərbaycanla sülh sazişi naminə Konstitusiyanı dəyişməyə hazıram”
Bizim media saytına istinadən Icma.az xəbər verir.
“Bizim strategiyamız belədir: Ermənistan regionumuzda xarici yardım və dəstək olmadan yaşaya bilsin”.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Biz bildiririk ki, sülh artıq təmin olunub və bunu praktikada görürük, amma digər tərəfdən sülh gündəlik diqqət tələb edir. Əgər ona hər gün diqqət ayrılmasa və qayğı göstərilməsə, təhlükə altına düşə bilər.
Mən açıq şəkildə demişəm ki, Azərbaycanla sülh sazişi naminə Konstitusiyanı dəyişməyə hazıram”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, Ermənistan Azərbaycanın qaldırmaq istədiyi suallara cavab verməyə, danışıqlar masasına oturmağa və bütün nüansları müzakirə etməyə hazırdır.
“2018-ci ildən bəri bizim yeni Konstitusiyanın qəbuluna dair planımız var və yaxınlarda partiya qurultayımızın deklarasiyasında bəyan etdik ki, xalqımızdan 2026-cı il seçkilərində yeni mandat aldıqdan sonra Ermənistan Respublikası üçün tamamilə yeni Konstitusiyanın qəbuluna başlayacağıq”, – Paşinyan qeyd edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 10 Dekabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















