Icma.az
close
up
RU
Paşinyan Azərbaycanla sülhdən danışdı: “Münaqişə bitib”

Paşinyan Azərbaycanla sülhdən danışdı: “Münaqişə bitib”

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistan və Azərbaycan arasında münaqişə artıq başa çatıb”.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin köhnə tərkibinin sonuncu iclasında deyib.
“2026-cı il seçkilərinin nəticələrinə görə, Ermənistan xalqı sülhün müdafiəsinə qalxdı”, — deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması iqtisadiyyata yeni təkan verib.

“İnsanlar iqtisadi artımı gündəlik həyatlarında görməlidirlər və mən qərara gəlmişəm ki, Ermənistanda pensiyalar artırılmalıdır”, - deyə baş nazir bildirib.

Paşinyan əmin edib ki, 2028-ci ildən etibarən hakimiyyət pensiyaların məbləğini yenidən nəzərdən keçirəcək və onları ən azı inflyasiya səviyyəsində indeksləşdirəcək.
Baş nazir müxalifətdən də danışıb.

“Bu gün elə təminatlar yaratmalıyıq ki, seçicilərin satın alınması ilə məşğul olan qüvvələrin Ermənistanda hər hansı siyasi təsir imkanına malik olmaq üçün heç bir şansı qalmasın”, - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, parlamentdəki hazırkı müxalifət tamamilə qanunsuz fəaliyyət nəticəsində formalaşıb və Ermənistanın həmin dairələri gələcəkdə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum etmək üçün qanuni hüququ var:

“Ermənistanda kök salmış kriminal-oliqarxik sistemin aradan qaldırılması prosesləri açıq şəkildə xarici təsirlərlə müşayiət olunurdu. Bu, Ermənistanın təhlükəsizliyi üçün müəyyən təhdidlər də yarada bilərdi. Elə vəziyyətlər olurdu ki, biz elə bir həddə yaxınlaşırdıq ki, anlayırdıq: belə təsirlərin davam etməsi cavab addımlarına səbəb ola bilər və bu addımlar Ermənistan üçün hətta mövcudluq səviyyəsində nəticələr doğura, təhlükəsizlik təhdidlərinin kəskinləşməsinə gətirib çıxara bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri