Icma.az
close
up
RU
Статья не опубликована
Paşinyan beynəlxalq ictimaiyyətə sülh tərəfdarı kimi görünməyə çalışsa da...

Paşinyan beynəlxalq ictimaiyyətə sülh tərəfdarı kimi görünməyə çalışsa da...

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

“Bakı ilə İrəvan arasında sazişin çərçivə sənədi üzrə danışıqların yekunlaşması sülh müqaviləsinin imzalanması demək deyil. Danışıqlar aparılıb və öhdəliklər götürülüb. Nə zaman ki, Ermənistan bu öhdəlikləri yerinə yetirər, o zaman sülh müqaviləsi imzalana bilər. Bu öhdəliklər beynəlxalq məhkəmə iddialarının geri çəkilməsi və sərhəddə üçüncü dövlətlərin heç bir silahlı, mülki monitorinq və ya hərbi-kəşfiyyat missiyasının olmamasını əhatə edir. Bu istiqamətdə Ermənistan öhdəliklərini yerinə yetirməlidir. Aİ və ya digər hərbi missiyaların fəaliyyətinə son qoyulması üçün Ermənistan müvafiq addımlar atmalıdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Xatırladaq ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə atəşkəsi pozması fonunda Avropa İttifaqının “müşahidəçilərinin” də Ermənistan-Azərbaycan sərhədində aktivləşdiyinin şahidi oluruq. Bu dəfə “binokl diplomatları”nın Laçın və Zəngilan istiqamətlərində fəaliyyəti ilə bağlı yeni görüntülər yayılıb.

Deputat qeyd edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi vacibdir, çünki bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.

“Eyni dərəcədə əhəmiyyətli və labüddür ki, Ermənistan ATƏT-in fəaliyyətsiz Minsk qrupunun ləğvi istiqamətində əməli addımlar atsın. Ermənistanın bu öhdəlikləri bir-bir yerinə yetirməsi bizi sülhə yaxınlaşdıracaq. Lakin sülhdə maraqlı olduğunu göstərməyə və beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan, Aİ missiyasının sərhəddə mövcudluğuna ehtiyac olduğunu sübut etmək məqsədilə təxribatlara əl atır. Ermənistan şərti sərhəddə ard-arda təxribatlar törədib. Son günlərdə Azərbaycan Ordusunun sərhəd mövqelərinin intensiv atəşə tutulması rəsmi İrəvanın ikiüzlü siyasətinin təzahürüdür. Ermənistanın Baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyətə sülh tərəfdarı kimi görünməyə çalışsa da, faktiki olaraq atəşkəs pozuntularının baş verməsi sülhdən manipulyasiya məqsədilə istifadə olunduğunu bir daha göstərir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Mart 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see302

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see208

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see202

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see191

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see162

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see153

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see130

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see128

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see127

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see124

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see123

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see123

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see121

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see121

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see120

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see119

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see119

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri