Fərid Qayıbov: Dövlətimizin uğurlu siyasəti nəticəsində ölkəmiz idman mərkəzlərindən birinə çevrilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Quba, 3 may, AZƏRTAC
Dövlətimizin uğurlu siyasəti nəticəsində ölkəmiz idman mərkəzlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Qubada təşkil edilən yeniyetmələr arasında Avropa Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir Azərbaycanın bu həftə üç beynəlxalq yarışa ev sahibliyi etdiyini xatırladıb: "Bunlardan biri də Qubada keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kubokudur. İdman yarışlarının sayının çox olması sevindirici məqamdır. Artıq ölkəmizdə baş tutan turnirlərə gələn idmançı sayında da ildən-ilə artım olur. Bölgələrimizin beynəlxalq yarışları qəbul etməsi müsbət məqamdır".
F.Qayıbov növbəti mövsüm Azərbaycanı avrokuboklarda təmsil edəcək futbol klublarımıza da uğurlar arzulayıb: "İnanıram ki, komandalarımız yeni tarix yazacaq. Biz təmsilçilərimizə güvənirik".
Qeyd edək ki, mayın 4-də başa çatacaq yarışda Azərbaycanı 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 03 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















