Paşinyan bildirib ki, mayın 9 da Moskvada digər liderlərlə təmaslar planlaşdırıb
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada digər liderlərlə görüşməyi planlaşdırdığını bildirib.
Ermənistanın baş naziri Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün mayın 9-da Rusiya paytaxtına səfər edəcək.
Səfər zamanı mümkün ikitərəfli görüşlərlə bağlı parlament üzvlərindən birinin sualını cavablandıran Paşinyan təmasların olacağını qeyd edib.
“Lakin mən bu əlaqələrin nə dərəcədə rəsmiləşəcəyinə əmin deyiləm, çünki qrafik çox sıxdır və biz bu sıx qrafikə uyğun işləməliyik”, – TASS onun sözlərindən sitat gətirir.
Aprelin sonunda Paşinyan bəyan edib ki, İrəvan Moskva ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil . O qeyd edib ki, ölkələr arasında münasibətlər qarşılıqlı maraqlar əsasında qurulur.
DOĞRU.AZ


